Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

İnteraktiv dərs

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə muxtar respublikanın  200 ümumtəhsil məktəbi arasında interaktiv dərs keçilib.

Naxcivantv.az xəbər verir ki, “Günəş sisteminin iri cisimləri: planetlər” mövzusunda keçilən dərsi Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyev aparıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikanın təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq təhsil müəssisələrində virtual tədris mühiti formalaşdırılıb.

Dərslər ayda bir dəfə olmaqla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində keçirilir və akademiyanın elmi əməkdaşları tərəfindən tədris olunur.

İnteraktiv dərs

Baloğlan Kərimov

NTVxəbər

www.naxcivantv.az