Naxçıvanda  infrastruktur quruculuğu istiqamətində əsas kapitala 100 milyon manatdan çox  investisiya yönəldilib

Tikinti

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Naxcivantv.az saytı xəbər verir ki, kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin  birinci müavini Asəf Məmmədov açaraq beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasının qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıb.

İclasda Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək 2016-cı ildə görülən işlərdən və 2017-ci ildə qarşıda duran vəzifələrdən danışıb.

Qeyd olunub ki, 2016-cı ildə muxtar respublikada tikinti-quraşdırma işlərinin həcmi 2015-ci ilə nisbətən artıb. Ötən il Naxçıvan şəhərində və bir sıra kəndlərdə məktəb binalarının tikintisi və yenidən qurulması işləri aparılıb. Hazırda Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakültəsi üçün binanın, Naxçıvan Müəllimlər İnstitutunun, Şərur şəhərindəki 2 nömrəli məktəbin, Şahbuz rayonunun Kolanı kəndində məktəb binasının  tikintisi və yenidən qurulması davam etdirilir.

Hicran Rüstəmov uşaq bağçalarının, səhiyyə obyektlərinin, şəhid və əlil ailələri üçün  fərdi yaşayış evlərinin tikilməsi, tarixi abidələrin bərpası barədə də ətraflı məlumat verib. Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış evlərinin tikintisi, mənzil-kommunal sistemlərinin yenilənməsi istiqamətində görülən tədbirlərdən də ətraflı bəhs edib. 2016-2017-ci illərin payız-qış mövsümünə  hazırlıq məsələlərini də diqqətə çatdırıb.

İclasda  komitənin Babək Rayon İdarəsinin rəisi Rəvayət İmanov və  Kəngəri Rayon İdarəsinin rəisi Vəzir Əliyev çıxış edərək 2016-cı ildə  görülən işlər barədə məlumat veriblər.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edib.

Qeyd olunub ki, muxtar respublikanın sosial-iqtisadi uğurlarında, investisiya layihələrinin reallaşmasında, məşğulluq problemlərinin həllində tikinti sektoru vacib rol oynayır. Paytaxda  və bölgələrdə yeni istehsal sahələri yaradılıb, qədim və köhnə tikililər təmir və bərpa olunub, bir çox zəruri kommunikasiyalar təzələnib.

“2016-cı ildə  muxtar respublikada  infrastruktur quruculuğu istiqamətində əsas kapitala 104 milyon 188 min 900 manat həcmində investisiya yönəldilib”, - deyən Baş nazirin birinci müavini Asəf Məmmədov vurğulayıb ki, bunun da  98 milyon  535 min  200 manatı və ya 94,6 faizi tikinti quraşdırma işlərinin payına düşüb. Həyata keçirilən tikinti işləri təsərrüfat həyatının  bütün sahələrini  əhatə edir. 2016-cı il ərzində 1200 şagird yerlik 6 məktəb binası tikilməklə yanaşı, 4260 şagird yerlik 9 məktəb binası yenidən qurularaq bütövlükdə 5460 şagird yerlik 15 tam orta məktəb binasının tikintisi başa  çatdırılaraq istifadəyə verilib, 4 məktəb binasının  tikintisi isə davam etdirilir.

Kollegiya iclasında əhalinin mənzil təminatının yaxşılaşdırılması, elektrik enerjisi, su-kanalizasiya, istilik təsərrüfatlarının təkmilləşdirilməsinə göstərilən  diqqət və qayğıdan ətraflı bəhs olunub. Bildirilib ki, kənd əhalisinə göstərilən xidmətin səviyyəsinin  yaxşılaşdırılması, bu sahədə  idarəetmənin  səmərələşdirilməsi məqsədilə 2016-cı ildə 13 kənd mərkəzi  istifadəyə verilib.

Asəf Məmmədov vurğulayıb ki, yeni yaradılmış infrastruktur obyektlərindən biri də xidmət mərkəzləridir.  Rayon və kəndlərdə əhalinin  gündəlik məişət tələbatının ödənilməsi  və lazımi şəraitin yaradılması diqqət mərkəzində saxlanılıb və  bu məqsədlə 14 xidmət mərkəzi tikilib və ya yenidən qurulub, 3  xidmət mərkəzinin tikintisi isə davam etdirilir.

İclasda səhiyyə sahəsində də mühüm işlərin  görüldüyü bildirilib və qeyd olunub ki, ötən il muxtar respublikada 13 həkim ambulatoriyası tikilib, 4 həkim ambulatoriyası yenidən qurulub, 9 feldşer-mama məntəqəsi istifadəyə verilib. 2 xəstəxananın tikintisi və ya  əsaslı təmir işləri davam etdirilir. Bu müddətdə 29 mədəniyyət obyekti tikilib. Hazırda isə 3 belə obyektin tikintisi və yenidən qurulması aparılır.

Yüksək mədəniyyətin göstəricisi olan müasir yollar insanların rahatlığı, nəqliyyat vasitələrinin  uzunmüddətli istismarı baxımından da əhəmiyyətlidir. Məhz buna görə də ötən dövr ərzində 61,5 kilometrdən artıq yeni yollar salınıb, 3 körpü tikilib, 2 körpü yenidən qurularaq istifadəyə  verilib.

Asəf Məmmədov qeyd edib ki,  ötən il  əldə edilmiş müsbət nəticələrə baxmayaraq muxtar  respublikada  fəaliyyət göstərən tikinti təşkilatlarının  işində nöqsan və  çatışmazlıqlar da olub. İşdə məsuliyyət hissi daha da artırılmalı,  vəzifəsindən  və  səlahiyyətindən  asılı olmayaraq hər kəs öz  işinin  öhdəsindən  layiqincə  gəlməyə çalışmalıdır. Eyni zamanda podratçı təşkilatların  işinə  ciddi nəzarət olunmalı,  tikinti normativlərinə əməl olunması təmin  edilməli və  nəzarət mexanizminin gücləndirilməsi üçün  müvafiq  tədbirlər görülməlidir.

Əbülfəz Dünyamalıyev

NTVxəbər

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

10-08-2020-17-30 Xəbərlər

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust...

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

10-08-2020-17-12 Xəbərlər

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinc...

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

10-08-2020-16-09 Xəbərlər

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) islamşünaslıq ixtisası üzrə qəbul olmaq i...

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

10-08-2020-12-53 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Azərbaycan Ordusunun generalı vəfat edib

10-08-2020-12-11 Xəbərlər

Azərbaycan Ordusunun generalı vəfat edib

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğ...

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

10-08-2020-11-19 Xəbərlər

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Bu gün 2020/2021-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəb...

Qədim yeraltı tikili-40 pillə çeşməsi

09-08-2020-19-57 Xəbərlər

Qədim yeraltı tikili-40 pillə çeşməsi

Ordubad şəhərindəki 40 pillə çeşməsi yer altında inşa olunmuş çox maraqlı su mən...

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

09-08-2020-16-37 Xəbərlər

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında...

El sənətini yaşadanlar

09-08-2020-13-20 Xəbərlər

El sənətini yaşadanlar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənəl...

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

07-08-2020-13-30 Xəbərlər

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsu...

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

07-08-2020-12-50 Xəbərlər

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

Muxtar respublikada çimərlik futbolu üzrə ilk çempionat keçirilir. Ötən gün star...

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

07-08-2020-09-56 Xəbərlər

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində...

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

07-08-2020-09-18 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

07-08-2020-00-00 Xəbərlər

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

Naxçıvanın elm məbədində əldə edilən uğurlar elmə göstərilən qayğının təntənəsid...

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

06-08-2020-18-02 Xəbərlər

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

Naxçıvan balı öz dadı, tamı, üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zaman...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

06-08-2020-17-39 Xəbərlər

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki...