Eynəli bəy Sultanov
1926-ci ildə “Dan ulduzu” jurnalında çap olunmuş “Günəşin qasidi” şeiri
Ay qaranlıq gecədə
Təngə gəldik, cana doyduq, usandıq...
Dağı-daşı, ormanları, səhranı
Addım-addım gəzərikən dolandıq,
Nicat yolu tapmadıq.
Məşəqqətə qattaşarkən,
Gözləyirdik Günəşi...
Sübh açıldı - Dan ulduzu işardı.
Bedar olub yatmayanlar qalxdılar:
“Qurban sənə, ay Günəşin qasidi!
Bir xəbər ver, Günəş haçan çıxacaq?
Qəlbimizi açmaq üçün
Öz nurunu saçacaq...
Təngə gəldik qaranlıqda
Cana doyduq, usandıq.
Bənzər məqalələr
|