Firudin bəy Köçərli 

Taybuynuz öküz

Bu günlәrdә qәdim dostlarımdan birisi ilә görüşüb, onun halına çox tәәccüb elәdim. Bizim axırıncı görüşüb ayrılmağımızdan hәlә üç il tamam gәlib keçmәyibdir. Amma bu az vaxtın әrzindә әziz dostum bir o qәdәr dәyişilibdir ki, әgәr әvvәlcә o mәnә salam verib, әhval-pürsan olmasa idi vә sәsini çıxartmasa idi, mәn onu tanıya bilmәyәcәkdim. Rast vә gözәl qamәti әyilib, rәngi soluxub, gözlәrinin işığı gedib, sәsi zәiflәnib, üzünün vә başının tüklәri çallanıb vә tamam cüssәsi balacalanıb, qәrәz, canı-başı salamat, tәndürüst vә müqtәdir bir halda ikәn indi çox hәqir vә mәyus görünürdü. Doğrusu ki, dostumun bu pozğun halda vә pәrişan sifәtdә olmağı mәnә dә artıq tәsir edib, halımı digәrgun vә xarab elәdi. Ağzımı açıb, onun bu gunә pәjmürdә hala düşmәyinin sәbәbini soruşmaq istәyirdim ki, onun özü guya mәnim fikrimi duyub, başladı öz әhvalını vә başına gәlәn qәza vә qәdәri söylәmәyә. Sözlәrindәn mәlum oldu ki, hәqiqәtdә kişinin dәrdi çox imiş vә o biçarәni bu hala salan ağ gün olmayıbdır, qara gün olubdur. Bir xeyli öz әhvalatından söylәyib, axırda ürәkdәn bir ah çәkib dedi: Qәrәz, nә başını ağrıdım, mәnim dәrdim yerә-göyә sığası deyil, mәnim günüm taybuynuz öküzün günündәn bәdtәrdir. Vә hәqiqәt hala mültәfit olsanız, yalqız bir mәn deyilәm; hamı müsәlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillәt vә üsrәt ilә güzәran keçirmәkdәdirlәr. Vәli biar vә xüsusәn avam olmaqları cәhәtә öz hallarından bixәbәrdirlәr vә qәzalarına razı olub, hәr qisim zülm vә sitәmә sәbr vә tәhәmmül edirlәr. Vә çox bәrkә düşәndә özlәrinә bu gunә tәsәlli verirlәr: Kişinin aqibәti gәrәk xeyir olsun. İnşallah, aqibәt vә әbәdi sәadәt biz müsәlmanlar üçündür. Bu dünyamız yox isә dә, axirәtimiz var. “Mәhәmmәd ümmәti damda qalmaz”. Amma mәsәlәnin ikinci misrasını unudurlar vә ya qәsdәn demirlәr ki, “Damdan çıxınca canı da qalmaz...”

Dostumdan tәvәqqe elәdim mәnә bәyan etsin görüm taybuynuz öküzün halı necәdir ki, onu öz halına vә müsәlmanların halına tәşbih qıldı. O gülümsünüb dedi: Taybuynuz öküzün halı belәdir ki, onun buynuzunun biri yoxdur vә belә olan surәtdә o yazıq necә ki, lazımdır özünü xәta vә bәladan mühafizә edә bilmir. Onun taybuynuz olmağına da sәbәblәr çoxdur: ola bilәr ki, xilqәtdәn elә mәyub yaranmış ola vә yainki cahillikdә keyfi qalxıb öz hәmcinsi ilә oynaşıb buynuzlaşan zamanı hәmcinsi ona güc gәtirib, basıb buynuzunun birini dibindәn qoparıbdır. Vә elә dә ola bilәr ki, әvvәlcә xam vaxtda işә getmәkdә bir az kahıllıq vә tәnbәllik etmiş ola vә sahibi acıqlanıb hirs vә qәzәbinin şiddәtindәn vurub, buynuzunun bir tayını çıxardıbdır vә bundan әlavә yenә dә qeyri sәbәblәr ola bilәr, hamısını sadalamağa ehtiyac yoxdur. Hәr halda әvvәl binadan yazığın günü qara gәlib, Allahın qәzәbinә giriftar olubdur. Hәm öz hәmcinslәrinin vә hәm dә bәni-növi-bәşәrin nәzәrindә hörmәtdәn düşübdür. Biçarә guya özü dә öz fәna halını dәrk edib, taleyinә tabe olmaqdan başqa bir çarә bilmir vә cümlәnin xahişini әmәlә gәtirmәkdә olub, öz arzu vә tәmәnnalarını unudubdur vә o gündәn bәri xoş günlük vә rahatlıq qeydinә duşmür vә müttәsil övqatını zәhmәt vә mәşәqqәtdә keçirib, bir kәsdәn çәkdiyi zәhmәtin әvәzinә razılıq vә xoş sifәt görmür. Bir dәfә sahibi onu xoş dillә dindirib könlünü almır. Әgәrçi öküz dilsiz-ağızsız heyvandır, özü danışmır, amma onun barәsindә danışılan sözlәrin çoxunu anlayır. Mәgәr sәn görmürsәn әkinçi yer әkәn zaman nә gözәl sözlәrlә vә xoş avazla mahnı oxuyub, öküzlәri ilә tәrğib elәyir vә öküzlәr necә hali-dillә özlәrini işә verirlәr. Taybuynuz öküzә heç mahnı oxuyan, xoş dillә onu oxşayan vә xatirini alan olmur vә işә bir az ağır gedәndә yaman sözlәrdәn, töhmәtdәn vә döyülmәkdәn başqa bir şey görüb eşitmir, onun ac vә susuz qalmağı da bir kәsin xәyalına girmir....

Amma işә gәlәndә hamı çarpalardan әvvәl yada düşәn taybuynuz öküz olur. Odunamı getmәk, suyamı getmәk lazımdır, taybuynuz öküz olsun, cüt әkmәkmi lazımdır, yenә taybuynuz öküz gәlsin, dәyirmana dәn aparmaq vә dәyirmandan unu evә gәtirmәk taybuynuz öküzün borcudur, xırmanda taxıl döymәk ancaq taybuynuz öküzün işidir. Bu ağır işә yayın isti günlәrindә ondan savayı hansı heyvan tab gәtirә bilәr? Vә çox vaxt xırman döyәndә yazığın ağzını da bağlayırlar ki, belә rәnc vә zәhmәtlә döydüyü arpa-buğdanın külәşindәn vә әlәfindәn yemәsin. Bunların hamısına yenә bir sayaq tab gәtirmәk olar, bunlar demәk olur ki, dәrdin yarısıdır. Fәqirin işi әlәlxüsus çәtinә düşür köç-düş zamanı. Mәlumdur ki, bir az hava qızdı, tәrәkәmә әhli aranda dayana bilmәz. Gәrәkdir yaylağa qaçsın vә orada soyuq düşәnә kimi gәrәk bağ-bostan solmamış özünü arana yetirib şalaqdan vә kal meyvәdәn yeyib qızdırmaya düşsün. Bu dağdan arana vә arandan dağa köçәn zaman taybuynuz öküz kor әzabı çәkir: harada ağır vә narahat yük varsa sarınır onun belinә vә bundan әlavә bir o qәdәr dә üstәlik qoyulur. Köç vaxtı özün bilirsәn ki, xırda-para şeylәr çox olur vә tәrәkәmә әhlindә dә insaf olmaz, әlinә hәr nә gәlsә ağırlığına, yüngüllüyünә baxmayıb atır dilsiz-ağızsız heyvanın üstә: sac, tәknә, sacayaq, cәhrә, nehrә, yun darağı, toyuq sәbәti, su sәnәyi vә yuz cürә belә şeylәr bağlanır taybuynuz öküzün üstә vә hansı ki, dinmәz vә fәrağәt durub üstünә yük qoyulduqca itaәt boynunu әyib guya zәban halilә duyur: “Ey bimürüvvәtlәr! Çox da mәn sizin cövr vә sitәminizә sәbr edib dinmәyirәm; sizdә dә bir insaf olsa nә olar, ey Allahdan bixәbәr insan!?”

İndi, әzizim, cәhd elә taybuynuz öküzun halına düşmә, yoxsa insan övladından rәhm vә mürüvvәt gözlәmәk olmaz. Әgәr bilmәk istәsәn ki, nә sәbәbә taybuynuz öküzdәn savayı özgә heyvanatın haqqında belә zülm olunmur. Onu da әrz elәyim, özgә heyvanlardan bәzisini, sәbәb nә isә, sahibi әziz tutur. Ağır işә salmır ki, arıqlar, әtdәn vә sifәtdәn düşәr. Bәzisi ağır yük götürmür, bir az yükü ağır olanda şıllaq atıb soncuqlayır, yükünü aşırır vә üstündә olan qab-qacağı töküb sındırır. Bәzisi dә kahıl vә inad olub, işә getmir. Yük altında bir az yol gedib yatır, elә ki, yatdı, daha durmağına ümid yoxdur, nә qәdәr acıqlanırsan, döyürsәn, әsla ona kar elәmәyir. Çox vaxt görürsәn ki, yükünü dә açıb özgә taybuynuz kimi heyvanlara yüklәyirlәr, yenә dә durub getmәk istәmir. Belә heyvanın dәrisini soymaqdan başqa özgә әlac yoxdur. Vә bәzisini dә işә artıq qoşanda tündlәşib buynuz göstәrir, belә ki, axırda yenә zәhmәt taybuynuz öküzün üstә düşür. Nә elәmәk? Әvvәl başdan o binәvanın günü qara gәlibdir. Allah heç bәndәsini taybuynuz öküzün gününә salmasın!

 

1906.

Bənzər məqalələr

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Soyuducu anbarlara 4 min tondan çox meyvə-tərəvəz tədarük edilib

14-09-2019-15-45 Xəbərlər

Soyuducu anbarlara 4 min tondan çox meyvə-tərəvəz tədarük edilib

Əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylar...

Ötən günün mənzərəsi - VİDEO

14-09-2019-12-07 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib - SƏRƏNCAM

14-09-2019-00-19 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 13-də...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi təsdiq edilib - FƏRMAN

14-09-2019-00-01 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi təsdiq edilib - FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 13-də...

Şahbuz rayonunda qışa hazırlıqla bağlı müşavirə keçirilib

13-09-2019-23-10 Xəbərlər

Şahbuz rayonunda qışa hazırlıqla bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qa...

“Şərq qapısı” qəzetinin yeni internet saytının təqdimatı olub

13-09-2019-22-57 Xəbərlər

“Şərq qapısı” qəzetinin yeni internet saytının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, sentyabrın 13-də “Şərq qapısı” qəzetinin yenilənmiş int...

9 şagirdə məktəbli forması və dərs ləvazimatları təqdim edilib

13-09-2019-21-57 Xəbərlər

9 şagirdə məktəbli forması və dərs ləvazimatları təqdim edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin təşki...

Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd olundu

13-09-2019-21-00 Xəbərlər

Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd olundu

NUHÇIXAN xəbər verir ki, görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyas...

Naxçıvanın tarixi abidələri və təbiəti “Mənim yay tətilim” adlı sərgidə

13-09-2019-20-29 Xəbərlər

Naxçıvanın  tarixi abidələri və təbiəti “Mənim yay tətilim” adlı sərgidə

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhru...

Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasından 30 il ötür

13-09-2019-19-32 Xəbərlər

Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasından 30 il ötür

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 30 illik...

Rusiyanın Surqut şəhərində yaşayan məktəbli Rauf Tahirli Ordubadın Ələhi kəndini təqdim edir - VİDEO

13-09-2019-18-39 Xəbərlər

Rusiyanın Surqut şəhərində yaşayan məktəbli Rauf Tahirli Ordubadın Ələhi kəndini təqdim edir - VİDEO

Naxçıvan televiziyasının əməkdaşları muxtar respublikanın daha bir dilbər guşəsi...

Komissiya ötən ay bir qərarı ləğv edib

13-09-2019-17-38 Xəbərlər

Komissiya ötən ay bir qərarı ləğv edib

Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, ötən ay Naxçıvan Muxtar Respublik...

Naxçıvanda sabaha olan hava proqnozu

13-09-2019-16-56 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 14-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

13-09-2019-11-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Akademik İsa Həbibbəyli Kazanda Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yubileyində iştirak edib

13-09-2019-10-15 Xəbərlər

Akademik İsa Həbibbəyli Kazanda Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yubileyində iştirak edib

Kazanda Tatarıstan Elmlər Akademiyasının Q.İbrahimov adına Dil, Ədəbiyyat və İnc...

Səfirlik: Hüseyn xan Naxçıvanskinin abidəsi 2020-ci ildə açılacaq

13-09-2019-09-00 Xəbərlər

Səfirlik: Hüseyn xan Naxçıvanskinin abidəsi 2020-ci ildə açılacaq

Son günlər sosial şəbəkələrdə ictimaiyyətin tanınmış azərbaycanlı, general-adyut...

Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin internet saytı yenilənib

12-09-2019-16-28 Xəbərlər

Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin internet saytı yenilənib

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Kom...

Anar İbrahimov CORLEAP-ın həmsədri seçildi

12-09-2019-16-07 Xəbərlər

Anar İbrahimov CORLEAP-ın həmsədri seçildi

NUHÇIXAN xəbər verir ki, sentyabrın 12-də Finlandiyanın Türkü şəhərində Şərq Tər...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

12-09-2019-15-25 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov...

Naxçıvanda sabaha olan hava proqnozu

12-09-2019-11-11 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 13-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

12-09-2019-10-50 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

I kurs qiyabiçi tələbələrin sessiyası başlayır

12-09-2019-10-31 Xəbərlər

I kurs qiyabiçi tələbələrin sessiyası başlayır

Naxçıvan Dövlət Universitetindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu ildə ...

Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaq

11-09-2019-19-27 Xəbərlər

Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaq

NUHÇIXAN xəbər verir ki, sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Şəhərtipli müasir Badamlı qəsəbəsi

11-09-2019-19-25 Rəsmi

Şəhərtipli müasir Badamlı qəsəbəsi

Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilib.

Muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərə dərsliklər paylanılır

11-09-2019-19-01 Xəbərlər

Muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərə dərsliklər paylanılır

NUHÇIXAN xəbər verir ki, 2019-2020-ci tədris ilinə hazırlıqla bağlı bu gündən mu...

Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak ediblər

11-09-2019-17-01 Xəbərlər

Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, avqustun 24-dən sentyabrın 1-dək Türkiyənin  Didim  şəh...

ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələrinin muxtar respublikaya səfərləri başa çatıb - VİDEO

11-09-2019-16-19 Xəbərlər

ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələrinin muxtar respublikaya səfərləri başa çatıb - VİDEO

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin İqtisadi Əməkdaşlıq Şö...

Kənd komandaları arasında keçirilən futbol üzrə birinciliklərinin qalibləri müəyyənləşib

11-09-2019-15-15 Xəbərlər

Kənd komandaları arasında keçirilən futbol üzrə birinciliklərinin qalibləri müəyyənləşib

Muxtar respublikada gənclərdən ibarət kənd komandaları arasında keçirilən futbol...

Naxçıvanda sabaha olan hava proqnozu

11-09-2019-14-56 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqla...

Dağlara söykənən dağ vüqarlı, təbiət gözəli ŞAHBUZ

11-09-2019-14-18 Xəbərlər

Dağlara söykənən dağ vüqarlı, təbiət gözəli ŞAHBUZ

Şahbuz muxtar respublikamızın ən ucqar və dilbər bölgələrindəndir.