Bəzən ədəbi tənqid deyəndə yalnız hər hansı bədii əsəri tənqid etmək, onun nöqsanlarını göstərmək başa düşülür. Əlbəttə, ədəbi tənqidin əsas vəzifələrindən biri budur. Lakin ədəbi tənqid ədəbiyyatşünaslığın üç əsas şöbəsindən biri kimi bütöv­lükdə müasir ədəbi proseslə məşğul olur, onu təhlil edib dəyərləndirir, yeni yaranan əsərlərə ob­yektiv və operativ qiymət verir. Və təbii ki, bu zaman müşahidə olunan müsbət məqamları da, yol verilmiş qüsurları da əsaslandırılmış şəkildə nəzərə çatdırır. Yəni ədəbi tənqid çağ­daş ədəbi prosesin yol yoldaşı olmaqla  təkcə nöqsanları yox, həm də uğurları müəyyən­ləşdirib diqqət mərkəzinə çəkir, inkişafın meyl və istiqamətləri barədə də  fikir bildirir.

 Məşhur rus ədibi A.S.Puşkin haqlı olaraq yazırdı ki, “Tənqid ədəbiyyat və incəsənət əsərlə­rindəki gözəllikləri və nöqsanları açmaq elmidir”. Əsər müəllifinin gələcək yaradı­cılıq axtarışlarının daha dolğun xarakter alması, təkmilləşməsi, nöqsanların aradan qaldırılması üçün ədəbi tənqidin rolu böyükdür. Tənqid ədəbi prosesə təkan verir, onun dinamik inkişafını daha da gücləndirir. Eyni zamanda, ədəbi tənqid həm də oxucular üçün faydalıdır. Onlarda hər hansı bədii nümunə, ümumən ədəbi proses barədə daha dürüst qənaətlər formalaşmasına kömək  göstərir. Müxtəlif alimlər tərəfindən tənqidin “hərəkətdə olan estetika”, “ədəbiyyatşünaslığın operativ ştabı”  adlandırılması da bu mənada təsadüfi deyil.

Bu məqamda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan yazıçılarının VII qurultayında söylədiyi aşağıdakı fikirləri xatırlatmaq istərdim:  “Müasir ədəbi-bədii prosesi tənqidçilərin, ədəbiyyatşünasların fəal və faydalı işi olmadan təsəvvür etmək mümkün deyildir. Onlar bədii həyatımızın mürəkkəb, bəzən ziddiyyətli proseslərini dərindən təhlil etməyə və ümumiləşdirməyə borclu­durlar”. Ədəbi tənqidin, ümumən ədəbiyyat­şünaslığın önəmli vəzifələri bu qiymətli fikirdə dəqiqliklə ifadə olunub.

Çağdaş cəmiyyətimizdə də ədəbi tənqidin özünəməxsus mövqeyi və missiyası var­dır. Hüquqi dövlət quruculuğu prosesində böyük uğurlar qazanmış müs­təqil Azərbaycanda bütün digər sahələrlə yanaşı, elmi-ədəbi mühitdə də fikir plüralizmi, sərbəst düşüncənin hərtərəfli şəkildə təqdimi üçün hər cür şərait yaradılmışdır. Senzuranın ləğv olunduğu ölkəmizdə şair və yazıçılar da, tənqidçilər də öz düşüncə və baxışlarını ifadə etməkdə, ən müxtəlif yaradıcılıq axtarışları aparmaqda  tam sərbəstdirlər.

Ədəbiyyatda ildən ilə artan yazarların qələmi ilə araya-ərsəyə gələn çoxsaylı əsərlərin, necə deyərlər, saf-çürük edilərək obyektiv şəkildə dəyərlən­di­ril­məsinə əslində ədəbi mühitin də, oxucuların da, geniş mənada ictimaiyyətin də ehtiyacı var. Bu qədər əsər bolluğu şəraitində pisi yaxşıdan, istedadı həvəs­kar­dan, professionalı diletantdan ayırmaq çox vacib məsələdir və bu məqamda ədəbi tənqid özünün obyektiv, qərəzsiz və inandırıcı mövqeyini əsaslandırb ortaya qoymalıdır. Ədəbi tənqidin fəallığı, öz vəzifələrini yerinə yetirməsi istiqamətində əhəmiyyətli işlər görülsə də, fikrimcə, bu,hələ tam şəkildə kifayət deyil.

Minnətdarlıq duyğusu ilə qeyd etmək istərdim ki, muxtar respublikamızda bütün digər sahələrlə yanaşı, ədəbiyyatın  və ədəbi tənqidin hərtərəfli şəkildə inkişafı üçün hər cür şərait var. Naxçıvanda Yazıçılar Birliyi fəaliyyət göstərir, nəşriyyatların, mətbuat orqanlarının, televiziya və radio redaksiyalarının qapıları yaradıcı ziyalıların üzünə açıqdır. Onların fəaliyyəti yetərincə işıqlandırılır.  Dövlət vəsaiti ilə nəşr olu­nan ədəbi almanaxları, topluları, kitabları, o cümlədən ədəbi gəncliyin istedadlı və ümidverici nüma­yən­dələrinin əsərlərinin çapını xatırlatmaq yerinə düşər. Yaradıcı ziyalılara göstərilən ardıcıl və hərətərəfli dövlət qayğısı, onların əməyinin yüksək səviyyədə qiymətləndirilməsi də ha­mıya bəllidir. Naxçıvan Yazıçılar Birliyinin 2012-ci ilin oktyabrında keçiril­miş konfransında Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dərin məzmunlu çıxışı görülmüş işlərə qiymət verilməsi ilə yanaşı, qarşıda duran mühüm vəzifələrin diqqət mərkəzinə çəkilməsi baxımından da böyük əhəmiyyətə malikdir.

Hazırda Naxçıvan Yazıçılar Birliyi ətrafında təxminən səksən nəfər üzv cəmləş­miş­dir ki, onlar da şair, yazıçı, dramaturq, tərcüməçi, tənqidçi və ədəbiy­yat­şünaslardan ibarətdir. Buraya  birlik üzvü olmayan qələm sahiblərini də əlavə etsək, bö­yük bir yaradıcı heyətdən söz aça bilərik. Son illərdə  bu müəlliflərin çoxsaylı kitab­ları çap olunmuşdur, o cümlədən bir sıra xarici ölkələrdə onların əsərləri nəşr edilmişdir. Bu əsərlər sırasında ideya-bədii mükəmməlliyə malik, Azərbaycan ədəbi mühitində fərqləndirilməyə layiq olan nünunələr də az deyil. Onların sırasında gənc müəlliflərin varlığı da qürurvericidir. Bunlar hamısı yaxşıdır və ədəbi mühitimizin hazırkı inkişafının əyani təzahürüdür.

Bunlarla yanaşı, bütövlükdə ölkə ədəbiyyatında olduğu kimi, Naxçıvan ədəbi mühitində də  bəzi təsadüfi imzalar var, xüsusən poeziya sahəsində. Az-çox qafiyə quraş­dıra bilənlər də bəzən qələmə qurşanırlar.  Az, yaxud çox yazmaqlarından asılı olmayaraq onların qələm məhsullarının əsl ədəbiyyata aidiyyəti yoxdur. Ədəbi tənqid bunlara də gərək diqqət yetirsin. Öz obyektiv münasibətini ortaya qoysun.

Doğrudur, ayrı-ayrı ədəbi-tənqidi məqalələr, ədəbi icmallar, ələlxüsus da resen­zi­yalar yazılır, yaradıcılıq müzakirələri keçi­ri­lir, yeni yaranmış əsərlər, ümumən cari ədəbi proses barədə müəyyən dəyərlən­dirmələr aparılır. Bəli, ədəbi tənqid çağdaş ədə­bi prosesin uğurlarını, dəyərli ədəbi əsərləri qiymətləndirib  təbliğ də etməlidir, nöqsanları da göstərməkdən çəkinməməlidir. Görülmüş işlərin əhəmiy­yə­tini azalt­ma­maqla deyim ki, ədəbi tənqid daha çox tərif  ovqatlı resenziyalar yazmağa meyllidir.

Təəssüf ki, bu gün biz yeni yaranan əsərlərə münasibətdə ədəbi tənqidin operativ və obyektiv münasibətinin çox vaxt şahidi olmuruq. Hətta  uğurlu bir  əsər ortaya çıxanda da onun haqqında yazılan məqalədə  onun ideya-bədii məziyyətləri, çağdaş ədəbi prosesə gətirdiyi yeniliklər və s. elmi səviyyədə təhlil edilmir, əvəzində ümumi  tərif axarı baş alıb gedir. Hansı ki, sadəcə əsərin adını dəyişməklə bu müsbət rəyi istənilən digər normal bədii nümunəyə şamil etmək olar.  Bu da ona görə belədir ki,  bəzi əhli-qələm özünə əziyyət verməyərək bədii əsəri lazımınca incələmir, necə deyərlər, üzdən gedərək dərinə varmır, ümumi sözlərlə müsbət fikir bildirir. Bədii əsərlərdəki qüsurlara isə ədəbi tənqid tərəfindən lazımi prinsipial münasibət çox vaxt göstərilmir.Ən yaxşı halda  bir-iki cümləlik ümumi səciyyəli şablon  cümlələrlə tənqid öz ali missiyasını bitmiş hesab edir.

Başqa bir vacib məsələ də odur ki, tənqidçi ədəbi prosesi ardıcıl və hərtəfli şəkildə izləməli, oxuyub təhlil etməlidir.Yəni əsl ədəbi tənqid nümunəsi ortaya qoymaq istəyən tənqidçi, ədəbiyyatşünas həm də geniş mütaliə sahibi olmalıdır. Tənqidçi və ədəbiyyat­şünaslarımız yerli yazarların yaradıcılığını  lazımi səviyyədə izləmirlər. Belə olan halda, təbii ki, dolğun, ümumiləşdirici, əhatəli ədəbi tənqid nümunələri də az-az ortaya çıxacaq.

Çağdaş ədəbi tənqidlə bağlı  bir başqa məqam da var. Ədəbi əsərlərindəki nöqsanlar tənqid olunmayan, yalnız təriflənən yazarların bir qismində özündən razılıq, müştəbehlik də baş qaldıra bilir. Beləcə, “ədəbi dühaların” formalaşmasına ədəbi tənqid öz laqeydliyi, yaxud süni tərifləri ilə sanki xeyir-dua verir. Tənqid olmayanda, ustad tənqidçi Seyid Hüseynin vaxtı ilə dediyi kimi:  “Hər əli qələm tutan özünü birinci sanacaq”.

 Ədəbi əsər müəllifləri də gərək tənqidi obyektiv qəbul etsin. İbrətli məqamlardan bir-ikisini xatırlatmaq istərdim. Bizim həmyerlimiz, dəyərli yazıçı, publisist və ictimai xadim Əli Səbri Qasımovun 1913-cü ildə çap olunmuş “Solğun çiçək” romanındakı bəzi nöqsanları tənqidçi Seyid Hüseyn “İqbal” qəzetindəki resenziyasında  açıq şəkildə göstər­mişdi. Ə.Səbri isə bu iradları səmimi qarşılayaraq hətta mətbuatda tənqidçiyə minnətdarlıq məktubu da çap etdirmişdi, S.Hüseyn isə başqa bir məqalədə gənc yazıçının tənqidə belə obyektiv yanaşmasını müsbət hal kimi misal çəkmişdi. Eyni həssas münasibəti tanınmış ədibimiz Nəriman Nərimanov “Nadanlıq” pyesinin bəzi qüsurlarını nəzərə çatdıran məşhur əsdəbiyyatşünas Firudin bəy Köçərlinin tənqidinə  münasibətdə göstərmişdi...

 Amma bu gün bir tənqidçi bir yazıçını tənqid edəndə elə də olur ki, əsər qalır bir qıraqda, mübahisə şəxsi xarakter alır. Şahidi olmuşam ki, ədəbiyyat­şü­nas­la­rı­mızdan birinin hətta o qədər də dərinə getməyən tənqidinə bəzi yazarlarımız çox sərt reaksiya ver­miş­dilər. Bu məqamda yenə də klassikaya üz tuturam. Tənqidçi Seyid Hüseyn təxminən yüz il öncə yazırdı: “Bizim bəzi yazıçılarımızda  qəribə halətlər var. Birisi götürüb bir yazı­çını və müəllifin səhvini, əsərinin səhv nöqtələrini göstərərsə, onu yazıçı əfəndi özünə qarşı bir təhqir hesab edər, ...Öz yazısından göz örtüb çalışır ki, yazı sahibinə bir ləkə vursun”.

Yazıçı, şair, yaxud dramaturqun necə yanaşmasından asılı olmayaraq ədəbi tənqid, heç şübhəsiz, etik  qaydaları, ədəbi əxlaqı unutmamaq şərti ilə əsərə obyektiv qiymət verməlidir, nöqsanlara da göz yummamalıdır. Böyük Mirzə Fətəli Axundzadə vurğulayırdı ki: “Bir şəxs kitab yazdığı zaman  başqa bir şəxs onun əsərinin mətləb­ləri xüsusunda kritika yazır; bu şərtlə ki, müəllif haqqında ədəbsiz və könül incidən bir söz  belə olmasın; hər nə deyirlərsə, incəlik yolu ilə deyilsin”.

Ədəbi tənqidin zərurətindən ağızdolusu danışan bəzi yazarlar məsələ kon­kret­ləşəndə, özlərinin əsərləri barədə hansısa bir kiçik tənqidi qeyd ortaya çıxanda fərqli yanaşma göstərirlər. Xalq şairi Süleyman Rüstəm  sanki belələrinin dilindən yazıb:

Xatirimə dəyməyin, damağım çağ olanda,

Tənqid çox yaxşı şeydir, məndən uzaq olanda.

Sənət adamlarımız əsərlərinə dürüst qiymət verilməsində maraqlı olmalı, ədəbi tənqidin haqlı, əsaslı münasibətindən doğan tənqidi səmimi qəbul etməlidirlər. Bu mə­qam­da ustad ədəbiyyatşünas, akademik Məmməd Cəfər Cəfərovun vaxtı ilə bu kontekstdə yazılmış bir məqaləsinə seçdiyi ad yadıma düşür: “Tənqidçi ədalətli, yazıçı təvazökar olmalı”. 

Ədəbi tənqidin obyektiv, operativ və hərtərəfli elmi dəyərləndirmələrinin olması  çox vacibdir. Bu, yazarlar üçün də, elə ədəbi tənqidin özü üçün də faydalı və gərəklidir.Tənqidçi və ədəbiyyatşünaslar muxtar respublikanın çağdaş ədəbi mühitinə münasibətdə fəallıq göstərməlidirlər. Naxçıvanda istedadlı və qabiliyyətli yazıçı, şair və dramaturqlarla yanaşı, professional ədəbiyyatşünaslar da az deyil, amma onların çoxu əsasən ədəbiyyat tarixi üzrə araşdırmalar aparır, çağdaş ədəbi proseslə ümumən məşğul olmur, ya da bu sahəyə arabir diqqət yetirir, bəzi məqalə və resenziyalar yazmaqla işlərini bitmiş sayırlar (mən də daxil). Bir sözlə, ədəbi tənqid sahəsində fundamental əsərlər azdır.

Muxtar respublikamızda yaşayıb fəaliyyət göstərən ədəbiyyatşünas alimlər, eləcə də  gənc tədqiqatçılar çağdaş  ədəbi prosesin təhlil olunub ümumiləşdirilməsi, dəyərləndirilməsi ilə  ardıcıl, daimi, hərtərəfli məşğul olmağa diqqəti daha da artır­malıdırlar. Azərbaycanın paytaxtında, eləcə də digər bölgələrdə muxtar respublika ədəbi mühitinin yaradıcılıq uğurlarının, layiqli əsərlərin yetərincə təbliği və tanıt­dı­rıl­ması işinə də ədəbi tənqid diqqəti gücləndirməlidir. Hesab edirəm ki, biz Naxçıvan ədəbi mühitinin dünəni və bu günü barədə kitab və məqalələrin xarici ölkələrdə nəşri işinə də xüsusi fikir verməliyik. Bu sahədə bədii tərcüməçilər də müvafiq sözlərini deyə bilərlər.

          Ümumiyyətlə, muxtar respublikamızda ədəbiyyatın, ədəbi tənqidin hərtərəfli  inkişafı üçün yaradılmış  yüksək şərait müqabilində hər bir qələm sahibi öz potensialını möhtəşəm vəzifələrin daha  mükəmməl şəkildə həyata keçirilməsinə yönəltməlidir.

 

               HÜSEYN  HƏŞİMLİ:   filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi

 

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan rəsm müsabiqəsi elan edilib

18-09-2019-10-53 Xəbərlər

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan rəsm müsabiqəsi elan edilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Təhsil Nazirliyi ilə birgə 6-16 yaş ka...

Naxçıvanda dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir

18-09-2019-10-34 Xəbərlər

Naxçıvanda dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

17-09-2019-19-40 Rəsmi

15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi ola...

Müəllimə gül alaq, yoxsa kitab?!

17-09-2019-19-27 Xəbərlər

Müəllimə gül alaq, yoxsa kitab?!

Sahil Tahirli yazır Dünəndən başlanan yeni tədris ili özü ilə bərabər həm də in...

Müasirləşən Badamlı qəsəbəsi - VİDEO

17-09-2019-19-05 Xəbərlər

Müasirləşən Badamlı qəsəbəsi - VİDEO

Hər il muxtar respublikanın qəsəbə və kəndlərində geniş tikinti quruculuq işləri...

Muxtar Respublika Mədəniyyət Nazirliyinin əməkdaşına fəxri ad verildi - SƏRƏNCAM

17-09-2019-18-44 Xəbərlər

Muxtar Respublika Mədəniyyət Nazirliyinin əməkdaşına fəxri ad verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət ...

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında açılışlar oldu - VİDEO

17-09-2019-17-50 Xəbərlər

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında açılışlar oldu - VİDEO

Sentyabrın 17-də "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd Zastava...

Milli musiqi günü qeyd olunub

17-09-2019-17-06 Xəbərlər

Milli musiqi günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində  Mi...

Sosial şəbəkələrdə - VİDEO

17-09-2019-16-03 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Qədim türk mərasimləri ilə bağlı olan yallılarımız

17-09-2019-12-57 Xəbərlər

Qədim türk mərasimləri ilə bağlı olan yallılarımız

Yallılar ətrafdakı insanlara gözəl əhval-ruhiyyə aşılayan böyük dəyər daşıyıcıla...

Ötən günün mənzərəsi - VİDEO

17-09-2019-12-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Muratxon Gurayev: Naxçıvanın təcrübəsi gələcək fəaliyyətimizdə böyük rol oynayacaq

17-09-2019-12-20 Xəbərlər

Muratxon Gurayev: Naxçıvanın təcrübəsi gələcək fəaliyyətimizdə böyük rol oynayacaq

Əminliklə demək istəyirəm ki, nümayəndə heyətimizdə Naxçıvan təcrübəsi barədə yü...

Özbəkistanın nümayəndə heyəti içməli su və kanalizasiya sahəsində Naxçıvanın təcrübəsini öyrənib

17-09-2019-11-38 Xəbərlər

Özbəkistanın nümayəndə heyəti içməli su və kanalizasiya sahəsində Naxçıvanın təcrübəsini öyrənib

Özbəkistan Respublikasının Mənzil Kommunal Təsərrüfatı və Səhiyyə nazirliklərind...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

17-09-2019-10-14 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində sentyabr ayının ilk 15 günü ər...

Naxçıvan Qarnizonu tam orta məktəbində Bilik Günü qeyd edildi - VİDEO

16-09-2019-23-59 Xəbərlər

Naxçıvan Qarnizonu tam orta məktəbində Bilik Günü qeyd edildi - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Heydər Əliyev adına Hərbi Liseydə Bilik Günü qeyd olunub - VİDEO

16-09-2019-23-09 Xəbərlər

Heydər Əliyev adına Hərbi Liseydə Bilik Günü qeyd olunub - VİDEO

Heydər Əliyev adına Hərbi Liseydə 15 Sentyabr Bilik Günü münasibətilə tədbir k...

ƏÜO-da ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO

16-09-2019-21-22 Xəbərlər

ƏÜO-da ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

“Naxçıvan”Universitetində Bilik Günü qeyd edilib

16-09-2019-20-26 Xəbərlər

“Naxçıvan”Universitetində Bilik Günü qeyd edilib

NUHÇIXAN xəbər verir ki,“Naxçıvan”Universitetində  Bilik Günü  və yeni tədris il...

Ali təhsil ocağında “Bilik günü” qeyd olunub

16-09-2019-19-19 Xəbərlər

Ali təhsil ocağında “Bilik günü” qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Bilik günü” qeyd olunu...

Xüsusi təyinatlı təhsil müəssisəsində ilk tədris ili başlanılıb

16-09-2019-19-12 Xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisəsində ilk tədris ili başlanılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Muxtar respublikada Bilik Günü qeyd olunub

16-09-2019-17-19 Xəbərlər

Muxtar respublikada Bilik Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıva...

Muxtar respublikada Bilik Günü qeyd olunub

16-09-2019-17-19 Rəsmi

Muxtar respublikada Bilik Günü qeyd olunub

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib - VİDEO

16-09-2019-15-58 Xəbərlər

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib - VİDEO

Sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıvan şəhər 5 nömrəli tam ort...

Yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib

16-09-2019-13-30 Xəbərlər

Yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmi...

Muxtar respublikadakı muzeylər ötən ay 59 mindən çox ziyarətçi qəbul edib

16-09-2019-12-51 Xəbərlər

Muxtar respublikadakı muzeylər ötən ay 59 mindən çox ziyarətçi qəbul edib

Bu ilin avqust ayında muxtar respublikanın muzeylərini 22 mindən çoxu əcnəbi vət...

2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır

16-09-2019-09-00 Xəbərlər

2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tə...

Uzunömürlü nalbənd ağacı

15-09-2019-17-49 Xəbərlər

Uzunömürlü nalbənd ağacı

Özünün fauna və florası ilə zəngin olan muxtar respublikamızda, eləcə də Şərur r...

Bu payız o payız deyil

15-09-2019-14-42 Xəbərlər

Bu payız o payız deyil

Mənim doğulduğum kəndə həmişə dünyanın ən gözəl payızı gələrdi.

Yaşayış binasında tikinti işləri davam edir

15-09-2019-11-43 Xəbərlər

Yaşayış binasında tikinti işləri davam edir

Naxçıvan şəhərindəki Atatürk küçəsindəki 14 nömrəli yaşayış binasına da quruculu...

Badamlı qəsəbəsi indi daha yaxındır...

15-09-2019-10-29 Xəbərlər

Badamlı qəsəbəsi indi daha yaxındır...

Bildiyimiz kimi, ölkəmiz yol çəkilişinə görə dünyada ilk yerlərdən birini tutur....