Şahbuz bənzərsiz təbiətə və təbii sərvətlərə sahibdir. Onlar arasında dərman bitkilərinə, dəmlənərək çay kimi içilən çiçək və güllərə xüsusi maraq vardır. Elmi mənbələrdə göstərildiyi kimi, Şahbuz dağları dərman bitkilərinin, güllərin, çiçəklərin növ tərkibinə görə çox zəngindir. Süfrələrimizi bəzəyən nemətlərdən ən çox seviləni çaydır, – desəm, yanılmaram. O çay ki onu yayın istisində də, qışın soyuğunda da dərdimizə dərman bilirik. Ürəyimizi sərinlətmək, yorğunluğumuzu çıxarmaq, hövsələmizi açmaq üçün arzuladığımız ilk nemət də çay olur. Çaya bu qədər vurğunluğumuzdan irəli gəlir ki, qapımızı döyən qonaqlarımıza da elə yeməkdən əvvəl çay təklif edirik. Evimizdə qonaq otağı ayrı olduğu kimi, qonaq üçün çay dəsti də xüsusi və gözoxşayan olur. Bəzəkli stəkana güldən, çiçəkdən dəmlənmiş çay süzüləndə ətri, rəngilə gözümüzü, könlümüzü oxşayır. İçəndə isə dərdlərimizə dərman olur. Dünyagörmüşlər deyirlər ki, sirrinə-sehrinə bələd olduğumuz bitkilərdən dəmlənən çayı süfrələrimizdən əskik etməsək, uzunömürlü,sağ canlı olarıq. Dərman bitkiləri ilə məşhur olan Şahbuz bəlkə buna görə uzunömürlülər diyarı da adlandırılır. Muxtar respublikanın ərazisində olan 250-dən artıq bitkinin 160 növü bu rayonda bitir. Onların sirrinə-sehrinə vaqif olmamaq mümkün deyil. Hələ sovet dönəmində də Şahbuzun dərman bitkilərinin sorağı bütün ittifaqa, dünyaya yayılmışdı. İllərlə şəfalı bitkilərdən çay, məlhəm, mürəbbə, şərbət hazırlayan Şövkət nənə ilə söhbətimiz də güllər barədə oldu. Yəqin ki, bu qədər gülün-çiçəyin, otun-alafın sirrinə-sehrinə bələd olmağın özü də bir sirdir-sehrdir. Ömrünü-gününü türkəçarədə istifadə olunan məlhəmlər hazırlamağa həsr edən Şövkət nənəyə dedim: – Necə bilmisiniz ki, hansı çiçəkdən çay dəmlənər, başqa birindən mürəbbə bişirilər, şirəsi çəkilər, şərbət, gülab hazırlanar? Ağbirçək gülümsəyərək: – Bunda nə var ki? – dedi və əlavə etdi: – Atamız, anamız, nənəmiz, babamız dərdinə dərmanı elə öz evinin qənşərində, həyətində, dağında, dərəsində axtarıb tapıb. Davadərman adı bilməyən insanlar bir-birinin dərdinə çarə etmək üçün çəmənin çiçəyinə, gülünə, torpağın yetirdiyi, bitirdiyi nə varsa, ümidlərini onlara bağlayıblar. Nəsil-nəsil bu istək, bu inanc, bu sevgi təbiətin sirrini öyrənməkdə bir açar olub. Rəngarəng güllərdən, çiçəklərdən, müxtəlif otlardan, bitkilərdən vədəsində yığmaq, qışda istifadə etmək həvəsi bu yurd yerində hamıda olub. Təbiətin nazənin gözəli olan bitkilər mart ayından torpaqdan baş qaldıraraq ta qar yerə düşənə kimi yurdumuzu, yuvamızı bəzəyir. Qız-gəlinlər onların adını tutub dağda, dərədə, çəməndə, düzdə ətək salıb çobanyastığını, kəklikotunu, qara yarpızı, nanəni,solmazçiçəyini təzə-tər dəstə-dəstə bağlayıb gün tutmayan yerlərdə qurudub qış üçün hazırlayarlar. Elə ki qış gəldi, yazda, yayda, payızda çəmənlərdən, dağlardan, yamaclardan minbir həvəslə yığıb qışa tədarük etdiklərimizlə dəmlənən çay çiçəklərdən, meyvələrdən bişirilən mürəbbələrlə ləzzətlə içilər. Doğrudan da, Şövkət nənənin dediyi kimi, Şahbuzun əlçatmayan, ünyetməyən qayalarından insan sevgisi ilə süfrələrimizə “qonaq gələn” nemətlər içərisində doqquzdon, həmərsin, yemişan mürəbbələrinin bir ayrı dadı olur. Dünyanı yorub-yortmuş ağbirçəklə söhbətimiz zamanı bir də dedi ki, qızım, torpaq insan üçün ana qoynudur. Yaxındakı bulağın başında bir iydə ağacı var. Oyulmuş koğuşuna torpaq dolub bərkimişdi. Həmin torpaq üstündə bitən bənövşəni görsəydin, onda təbiətin nəyə qadir olduğunu, torpağın nəfəsindən doğulan gözəlliklərin sirrini-sehrini sən də öyrənməyə çalışardın. Sevgi, istək olmadan nəinki gülün, çiçəyin, torpağın, ağacın, bitkinin dilini öyrənərsən, xasiyyətin bilərsən, heç balaca bir uşağın da könlünü ala bilməzsən. Qızılgülün məhəbbət, dəfnə yarpağının şöhrət, palıdın güc, qüdrət, zeytunun sülh rəmzi olduğunu da bilməzsən. Aqil insanın söhbətindən anladım ki, torpağın “qılığına girmədən” onun sirrini öyrənə bilməzsən. Axı çəməni də, çiçəyi də torpaq yetirir. Ona görə də birinci olaraq torpağın qədir-qiymətini bilməlisən ki, onun sərvətlərinə sahib olasan. Qışın gəlişini bildirən soyuq günlər indi təbiətə bir ayrı ahəng bəxş etdiyi kimi, evimizə, könlümüzə də yeni bir ab-hava gətirib. “Qol-boyun” olub yurdumuza keşik çəkən dağların zirvəsində yallı gedən dumandan, çəndən təbiətə təzə bir libas biçildiyi kimi, istəyimiz də dəyişir. Təbiətin bu vədəsində çiçəklərdən ocaq üstə dəmlənən çayın ayrı bir ləzzəti olur. İndi dağ kəndlərimizdə yaşayan insanların süfrələrini məxməri çaydan daha çox bəzəyən belə çaylar, yəqin ki, hamı tərəfindən arzulanandır. Allı-güllü yaylaqları ilə hər yerdə tanınan Şahbuz dağlarının, dərələrinin dərdə dərman bitkilərini, otlarını, çiçəklərini nənələrimiz, babalarımız Tanrı payı adlandırırlar. Qiymətli təbii sərvətlərimizi tanıtmaq, qədrini bilmək üçün hər birimiz təbliğatçı olmalıyıq. Dövlət tərəfindən də bu istiqamətdə görülən işlər sahib olduqlarımızın qədir-qiymətini bir daha artırır. Bu il Naxçıvan şəhərində göycə, çörək, bal və başqa festivalların keçirilməsi, həmin festivallarda bütün rayonların iştirakının təmin olunması bir daha onu göstərir ki, torpağımızın sinəsində dəfinələr yatır. Olanımızın qədrini bilmək, təbliğ etmək üçün keçirilən festivallara çıxarılan nemətlərin tədarükündə, hazırlanmasında, sərgilənməsində, sözsüz ki, ayrı-ayrı insanların çox böyük əməyi, rolu olur. Onlar yaşadıqları yurd yerinin təbiətinə vurğun və bələd olduqlarına görə harada yaxşı gülün, çiçəyin açdığını, cır armudun, həmərsinin, doqquzdonun, yemişanın yetişdiyini, baltutarların olduğunu çox yaxşı bilirlər. Əgər günlərin bir günü muxtar respublikamızda dərman bitkilərindən hazırlanmış çay festivalı keçirilərsə, yəqin ki, o tədbirdə qantəpər, çobanyastığı, kəklikotu, qaraqınıq, zirə, damotu, solmazçiçəyi, qara yarpız, dazotu, qarapodium, mərmərik, həmərsin, ayıdöşəyi,səhləb, dağ nanəsi, ögey ana, ağ və sarı boymadərən, gicitkən, yemlik, baldırğan, boyaqotu, şirinbiyan və digər dərman bitkiləri, onlardan hazırlanan çaylar hər kəsin diqqətini cəlb edər. Dünyanın hər üzünü görmüş ağbirçəklərimizin, ağsaqqallarımızın fikrincə, təndir, ocaq üstdə qaynayan su ilə dəmlənən çay insanı minbir dərdin bəlasından qoruyar, həmişə saf və gümrah saxlayar. Sözsüz ki, ocaq çayının tamı da bir ayrı cür olur. Ona görə də qapımızı döyən qonaq-qaraya indi daha çox matah olan gül-çiçək çayı verilməsi qonaqpərvərliyimizin göstəricisidir. Bəlkə də, dünyada yalnız azərbaycanlılara məxsus keyfiyyətdir ki, evində, süfrəsində yaxşı olan nə varsa, böyük həvəslə, istəklə qonağına bəxş edir... Bu gün Şahbuz şəhərində dərman bitkilərini istehsal edən “Farma Şah” müəssisəsi fəaliyyət göstərir. Müəssisədə hazırda 49 adda 60 çeşiddən çox dərman bitkiləri paketlənərək satışa çıxarılır. Birdəfəlik dəmləmə, kapsul, bəkməz və 40 qramlıq paketlər şəklində qablaşdırılan minbir dərdin dərmanı olan bu məhsullara Naxçıvanda olduğu kimi, respublikamızın başqa regionlarında da ilboyu böyük tələbat var. Gündəlik istehsal gücü 800 qutudan artıq olan “Farma Şah” bu tələbi ödəmək üçün növbəti mövsümə ciddi hazırlaşır. Şahbuz dağlarında yabanı halda bitən qiymətli dərman bitkilərinin emalını və paketlənməsini həyata keçirən bu müəssisədə həm də rayon sakinləri daimi işlə təmin olunub. Güllərin, çiçəklərin dilini bilən insanlar onları qaydasınca dəmləməyin də vacib olduğunu deyirlər. Bu da bir hikmətdir. Çölün-çəmənin dilini bilənlər deyirlər ki, çobanyastığını nə bir gün tez, nə də bir gün gec yığmaq olmaz. Kölgədə qurudularsa, ondan dəmlənən çay çox dadlı olar. Çay kimi dəmlənən qara yarpız da öz dadı, tamı ilə sevilir. Səhləb, dəvədabanı, ayıpəncəsi, solmazçiçəyi, nanə, baldırğan, qaraqınıq və onlarla belə bitkilərlə yanaşı, yazda ətri aləmə yayılan, yığılıb qurudulan qızılgül ləçəklərinin də çay dəmləmələrində istifadə olunması elimizə məxsus adətdir. Bu qədər bitkinin, gülün-çiçəyin dilini bilən insanların yaşadığı yerdə hər bir işi görmək olar. Bunun üçün insanlara hərtərəfli dövlət dəstəyi göstərilir və lazımi şərait yaradılır. Deməli, qalır təşəbbüs göstərmək.

 

Şəhla NƏbİYEVA

“Oğuz səsi” qəzetinin redaktoru

“Şərq qapısı” 15.12.2016

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

02-07-2020-19-36 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili...

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

02-07-2020-19-30 Xəbərlər

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də “Naxçıvanbank” Açıq S...

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

02-07-2020-19-21 Rəsmi

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam e...

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

02-07-2020-18-11 Xəbərlər

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbak” Açıq Səhmdar Cəmi...

Naxçıvanda sabaha olan hava proqnozu

02-07-2020-17-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Muxtar respublikada əkin dövriyyəsi artıb

02-07-2020-17-31 Xəbərlər

Muxtar respublikada əkin dövriyyəsi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Rənglərin cazibəli harmoniyası

02-07-2020-16-04 Xəbərlər

Rənglərin cazibəli harmoniyası

Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da ola...

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

02-07-2020-15-20 Xəbərlər

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

Muxtar respublikada “2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhs...

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

02-07-2020-14-40 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun reakti...

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

02-07-2020-12-57 Xəbərlər

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

Muxtar respublikamızda taxıl biçini mütəşəkkil həyata keçirilir. Culfa rayonunda...

Ötən günün mənzərəsi - VİDEO

02-07-2020-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Sosial şəbəkələrdə - VİDEO

02-07-2020-11-13 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

02-07-2020-10-35 Xəbərlər

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

Mövcud vəziyyətlə əlaqədar olaraq ölkəmizin paytaxtı Bakı şəhəri ilə muxtar resp...

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

02-07-2020-09-37 Xəbərlər

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Azərbaycanda zəlzələ baş verib

02-07-2020-08-42 Xəbərlər

Azərbaycanda zəlzələ baş verib

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal g...

Naxçıvanda sabaha olan hava proqnozu

01-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

01-07-2020-17-01 Xəbərlər

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliy...

Bələdiyyələrə metodiki köməklik göstərilib

01-07-2020-15-13 Xəbərlər

Bələdiyyələrə metodiki köməklik göstərilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə yeni formal...

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

01-07-2020-14-32 Xəbərlər

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qoruq ərazisində son vaxtlar gici...

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

01-07-2020-14-10 Xəbərlər

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını ...