qədim hamamlarNaxçıvan – qoca Şərqin ilk qədim insan məskəni. Sivilizasiyaların kəsişdiyi və intibahın yüksəldiyi ulu yurd yeri, min illərin gərgin və qarışıq məqamlarının şahidi olan müqəddəs türk torpağı. Hər daşında, hər qayasında hələ açılmayan nə qədər sirlər gizlənib. Torpaq laylarının altında hələ nə qədər açılmayan mətləblər var. Bu yurdun – Nuh Peyğəmbərin xeyir-dua verdiyi insanlarının nicata çatdığı məkan, Qorqud əmanəti, Əcəmi yadigarı Naxçıvanın bir memarlıq məktəbi olduğunu sübut edən faktlar sırasında memarlıq nümunələri də vardır. Belə zəngin memarlıq nümunələri arasında təmizliyin, paklığın, mədəniyyətin simvolu olan hamamlar   xüsusi yer tutur. Ümumiyyətlə, Şərq xalqlarının qədim inancları arasında suya etiqad, suyun ilahiləşdirilməsi zaman-zaman ön planda dayanıb. Suyun həyat enerjisi olması ilə yanaşı, onun paklaşdırmaq, saflaşdırmaq xüsusiyyəti ilə bağlı inanclar da Şərq mədəniyyətinin tərkib hissəsi olub. 

Qoca Şərqin bütün bölgələrində, eləcə də Naxçıvanda ilk ictimai əhəmiyyətli bina kimi inşa olunan tikililərin sırasında hamamların xüsusi yeri olub. Aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin sırasında onlarla hamam binasının qalıqları aşkar olunub, bunlardan bir neçəsi bərpa edilib. Lap qədimdə inşa olunan hamamlar orta əsrlərə məxsus binalardan xeyli dərəcədə fərqlənirdi. Onu da vurğulayaq ki, belə hamamlara təkcə şəhərlərdə deyil, həmçinin kənd­lərdə də rast gəlmək mümkündür. Bir çox qaynaqlarda, eləcə də XVII əsr türk səyyahı Övliya Çələbinin Naxçıvan şəhəri haqqında öz qeydlərində bildirilir ki, “Cənabi” hamamı son dərəcə gözəl və işıqlıdır. Qapı və divarı şirəli kaşıdan, döşəmələri isə ağ mərmərdəndir. Hamam məhrabaları şahmat naxışı ilə bəzədilmişdir. Mehmanxanamıza yaxın Zal paşa hamamı vardır. Onun bütün qapı və divarı şirəli kaşılarla örtülmüşdur. Döşəməsi başdan-ayağa boz, sumağı və tünd-qırmızı mərmər daşlardandır. Hamamın bütün pəncərələri büllurdandır. Həyətin ortasında böyük bir hovuz var. Xülasə, gözəl havası olan bu hamamın tərifi, təmizliyi və gözəlliyini şərh etməkdə qələm belə acizdir”.

Səyyahın qeyd etdiyi hamamlar, təəssüflər olsun ki, bu günümüzə qədər gəlib çıxmamışdır. Mənbələrdə qeyd edilir ki, Naxçıvanda günbəzli, səkkizbucaqlı salonlardan ibarət olan giriş və yuyunma otaqları, kiçik yerləşgələri, yuyunma yerində “xəzinə”ləri, “külxan” adlanan qızdırılma kamerası olan hamamlar xarakterik idi. Orta əsrlərə məxsus hamam binaları həm memarlıq, həm də iş prinsipi baxımından çox mükəmməldir. Hətta onların iş prinsipi bugünkü mühəndisləri də heyrətləndirir.
Hamam həmişə insanlar üçün rahatlıq, təmizlik, ümumiyyətlə, ruhun təzələndiyi məkan sayılıb. Etnoqraf alim, tarix üzrə elmlər doktoru Şirin Bünyadova yazır ki, ictimai hamamlar özünəməxsus funksiya daşımaqla yanaşı, həmçinin informasiya mübadiləsi məkanı kimi də önəmli mahiyyət daşıyır. “Hamam” sözünün mənası “isitmək”dir. Antik dövrlərdə yaşamış insanlara məlum olub ki, suda yaxalanmaq yorğunluğu çıxarmaqla yanaşı, bir çox xəstəliklərin qarşısını da alır. Bəlkə də, buna görədir ki, qədimdən hamam­ların tikintisinə xüsusi diqqət yetirilib. Qeyd edək ki, folklorumuzda da hamamla bağlı deyimlər, atalar sözləri, mahnıların olması təsadüfi deyildir.

qədim hamamlar

Muxtar respublikamızda siyahıya alınmış hamamlar içərisində Ordubad hamamları çoxluq təşkil edir. Bu hamamların bir hissəsi məscidlərin yaxınlığında, bəzi hallarda isə məscidə bitişik şəkildə inşa olunmuşdur. Bu da məscidə gələnlərin burada yuyunub paklanması, dəstəmaz alması zərurətindən irəli gəlmişdir.
Ordubad rayonunun Gənzə kəndində Hacı Hüseynqulunun inşa etdirdiyi XV yüzilliyə aid memarlıq abidələrindən olan Gənzə hamamı bu günə qədər qorunub saxlanılan ən qədim tikililərdəndir. Ümumi sahəsi 213 kvadratmetr olan hamamı digər orta əsr hamamlarından fərqləndirən cəhət onun divarlarının günbəz, tağ-tavanlarının dağ daşıyla inşa olunmasıdır. Hamamın içərisini tavanın mərkəzində qoyulmuş baca vasitəsilə işıqlandırarmışlar. Onu isitmək üçünsə həm samandan, həm də odundan istifadə edərmişlər. Hamamı qalayanda bacanı örtərmişlər. Və bu minvalla yaranan istilik xəzinədəki suyu isidərmiş.
Yeraltı hamamlar qrupuna daxil olan və tarix-memarlıq abidələrinə aid edilən Ordubad rayonunun Nüsnüs kəndindəki XIV-XV əsrlərə məxsus Nüsnüs hamamı da bir çox qədim memarlıq nümunələri kimi qeydə alınmışdır. Bu hamamın üç bacası vardır. Hamamın zallarının tavanı dairəvi günbəz, dərin taxçalar tağ-tavanla qapanır. Onu digər orta əsr hamamlarından fərqləndirən cəhəti divarlarının, günbəz və tağ-tavanlarının Gənzə kəndində olduğu kimi, dağ daşıyla inşa olunmasıdır.
Ordubad memarlıq abidələrinə daxil olan XVIII əsrə aid edilən daha bir abidə var ki, bu da Düylün hamam abidəsidir. Düzdür, abidə yarımdağılmış vəziyyətdədir. Ancaq öz tarixi quruluşunu bu günə qədər qismən qoruyub saxlaya bilmişdir. Bu hamam orta əsr hamamlarının təkrarı sayılır. Qeyd edək ki, hamam girişdə böyük vestibüldən ibarətdir. Bu hamamda mərkəzi salon səkkiz­bucaqlı formadadır. Zalın divarları boyunca dərin taxçalar yerləşdirilib. Tavan dairəvi günbəzlə örtülüb. Yuyunma otağı və ona birləşən otaqların altından isti hava verən kanallar gedirmiş. Kanallardan biri xəzinəyə, digəri isə yuyunma zalında yerləşdirilən boru vasitəsilə axaraq kiçik hovuzlara tökülürmüş. Maraqlısı odur ki, sal daşdan və ya çay daşından inşa olunmuş bu hamamı qızdırmaq üçün samandan istifadə edərmişlər.
Ordubad rayonunun Üstüpü kəndində Haçalı məhəlləsində, Düylün çayının sol sahilində yerli dağ, çay daşından, bişmiş kərpicdən inşa edilmiş, XVII-XVIII əsrlərə aid Üstüpü hamamı da öz memarlıq quruluşu ilə fərqlənir. Dağılmış vəziyyətdə olan bu abidəyə diqqət yetirəndə görürsən ki, dövrünün ən yaxşı memarlıq nümunələrindən biri olmuşdur. Abidənin girişi qərbdən imiş. Bu gün də soyunma, yuyunma otaqları qalmaqdadır.
Uzun küçə vasitəsilə kəndin meydanından yaşayış məhəllələrinə çıxışı olan, XVIII əsrə aid tarix-memarlıq abidələrinə daxil edilən Vənənd hamamı da Ordubadda tikilmiş bir çox hamamlara bənzəyir. Bu abidənin də divarları dağ daşı və bişmiş kərpiclə inşa olunmuşdur. Buraya giriş soyunma zalının sağındakı vestibüldəndir. Tikili bu gün də qorunub saxlanmaqdadır.
Əylis hamamı isə XVII-XVIII əsrlərə aid edilir. Bu hamamın salonlarında sferik tavanlar vestibüllərin çatma tağ-tavanlarıyla birləşir. Qeyd edək ki, hamamın zallarında, künclərdə yuyunma taxçaları yerləşdirilmişdir. Taxçaların hər iki tərəfində oturmaq üçün yerlər düzəldilmiş, su götür­mək üçünsə təknələr qoyulmuşdur. Hamamın ocağı xəzinənin aşağısında, arxa tərəfdə yerləşdirilmişdir. Yaxınlıqda olan çeşmədən isə hamamın suyu götürülərmiş. Kənd adamlarının dediklərinə görə, son illərə qədər hamamdan istifadə olunmuşdur. 
Bu xalqın yurdsevər övladları eli üçün, yurdu üçün hər zaman xalqına xidmət etməyə çalışmışlar. Şahtaxtılı Tovuz xanım da XVIII əsrin sonunda Şərur rayonunun Yengicə kəndində Yengicə hama­mını inşa etdirmişdir. Hamam kəndin mərkəzində böyük bir ərazini tutan Çarşıbazarın başlanğıcında inşa olunmuşdur. İki səkkizbucaqlı zaldan və onlara bitişik iki köməkçi otaqdan ibarət olan bu hama­mın ilkin quruluşu onu başqa hamamlardan fərqləndirir. Hamam bişmiş kərpiclə, əhəng məhlulu istifadə olunmaqla tikilmişdir. Dağıntıya məruz qalmış hamam baca və divarlarda açılmış kiçik pəncərələrlə işıqlandırılırmış. XVIII əsrin yadigarı olan hamamdan XX əsrin ortalarına qədər Yengicə kəndi ilə bərabər, ətraf kəndlərin əhalisi tərəfindən də istifadə olunmuşdur. Qaydaya uyğun olaraq, hamam həftənin 3 günü qadınlara, 3 günü isə kişilərə xidmət etmişdir. Hazırda Yengicə hamamında bərpa işləri aparılır. 
Tikinti üslubu Şahtaxtı hamamı ilə eyni olan, XIX əsrə aid edilən, üstü tağbəndlərlə saxlanan, iki günbəzlə örtülmüş, dördkünc formalı hamamlardan biri də Kəngərli rayonunun Xok kəndinin mərkəzində yerləşən Xok hamamıdır. Bu tikili sadə planlaşma həlli olan, bir-biri ilə əlaqəli, bir neçə otaqlı hamamlara aiddir.
Ta qədimlərdən bizim elin bir adəti var: yol, körpü salmaq, məscid, hamam tikdirmək. Əsədulla Kərimbəy də bu xeyriyyəçi insanlar kimi Babək rayonunun Nehrəm kəndində hamam-memarlıq abidəsi tikdirmişdir. XVIII əsrin ortalarında tikilən bu abidə hal-hazırda mövcud olmasa da, onun haqqında məlumatlar qeydə alınmışdır.
XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş Ordubad hamamı XX əsrdə bir neçə dəfə təmir edilmişdir. Memarlıq nümunəsi olan bu hamamın suyu yaxınlıqdan keçən Qarahovuz çeşməsindən götürülürmüş. Başqa hamamlarda olduğu kimi, bu hamamda da yuyunma zalı, ona birləşən otaqların altında isti havanın dövr etməsi üçün kanallar düzəldilmiş və əhali bu kanallardan gələn isti sudan istifadə edərmiş. Hamamın şərq tərəfində yuyunma zalına bitişik su hovuzu və onun altında ocaqxana olub.
XIX əsrin ikinci yarısında İsa Sultan Şahtaxtlının babası İsa Sultan tərəfindən tikdirilmiş və ümumi sahəsi 210 kvadratmetr olan Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşən Şahtaxtı hamamı keçmişdə samandan istifadə edilməklə qızdırılırdısa, kənd sakinlərinin dediklərinə görə, bir müddət keçdikdən sonra hamamı mazutla qızdır­mağa başlamışlar. Şahtaxtı hamamı yaxşı haldır ki, özünün ilkin quruluşunu indi də qoruyub saxlayır. Yeraltı hamamlardan fərqli olaraq, bu hamam yarım yeraltı hamam sayılır. Yaşlı insanların dediyinə görə, hamam həm də kənd adamlarının istirahət yeri olubmuş. 
Muxtar respublikamızda tarix-mədəniyyət abidələrinə, keçmiş irsə diqqət və qayğı yüksək səviyyədədir. Son iyirmi il ərzində müxtəlif təyinatlı tarix-memarlıq abidələri orijinallığı saxlanılmaqla yüksək səviyyədə bərpa olunaraq xalqa qaytarılmışdır. Bu iş tariximizin, mədəniyyətimizin araşdırılması və ənənələrimizin yaşadılması, təbliği baxımından olduqca böyük əhəmiyyət daşımaqdadır.

Şölə QADİRQIZI
Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin 
baş redaktoru

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

18-11-2019-17-50 Xəbərlər

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Sahil Tahirli yazır... Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar ...

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

18-11-2019-17-24 Xəbərlər

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respubl...

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18-11-2019-16-08 Rəsmi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası ...

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

18-11-2019-13-51 Xəbərlər

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin ...

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

18-11-2019-13-28 Xəbərlər

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

Görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş...

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

18-11-2019-12-40 Xəbərlər

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

18-11-2019-10-58 Xəbərlər

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

Noyabrın13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 10-cu Azərbaycan B...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

17-11-2019-18-20 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

17-11-2019-17-43 Xəbərlər

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

«Şərur» adının yaranması qədim Şumer əsatiri ilə bağlıdır.

Hər qarışı cənnət məkanım

17-11-2019-16-59 Xəbərlər

Hər qarışı cənnət məkanım

Deyirlər hər kəsin Vətən adlı bir dünyası var. Bəlkə elə buna görədir ki, dünyad...

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

17-11-2019-14-57 Xəbərlər

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

Statistik məlumat: 1 sentyabr 2019-cu il tarixə olan məlumata görə, Naxçıvan şəh...

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

17-11-2019-14-00 Xəbərlər

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

Elektroenergetikanın inkişafına təkan

Bu şəhərin payızı

17-11-2019-10-25 Xəbərlər

Bu şəhərin payızı

Bu şəhərin payızı bütün şəhərlərin payızından daha gözəldir, daha cazibədardır, ...

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

17-11-2019-00-00 Xəbərlər

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasın...

Ötən günün mənzərəsi - VİDEO

16-11-2019-16-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb - VİDEO

16-11-2019-15-33 Xəbərlər

Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb - VİDEO

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq TələbəGənclə...

Operativ vergi nəzarəti tədbirləri görülür

16-11-2019-13-06 Xəbərlər

Operativ vergi nəzarəti tədbirləri görülür

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Naxçıvanda əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradılıb

16-11-2019-12-21 Xəbərlər

Naxçıvanda əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradılıb

Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət göstər...

Daimi nümayəndəliyin rəhbəri Əkrəm Məmmədlinin yubiley gecəsində iştirak edib

16-11-2019-11-09 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri Əkrəm Məmmədlinin yubiley gecəsində iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Havuş kəndində 600-ə yaxın cəviz tingi əkilib

16-11-2019-09-00 Xəbərlər

Havuş kəndində 600-ə yaxın cəviz tingi əkilib

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Havuş kəndində yeni cəviz bağı salınıb....

Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

15-11-2019-17-35 Xəbərlər

Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Litva səfiri muxtar respublikada bir sıra istehsal müəsisələrində olub - VİDEO

15-11-2019-15-45 Xəbərlər

Litva səfiri muxtar respublikada bir sıra istehsal müəsisələrində olub - VİDEO

Xəbər verdiyimiz kimi Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyy...

Muxtar respublikada bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

15-11-2019-15-03 Xəbərlər

Muxtar respublikada bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respu...

Naxçıvanda 10 ildə 8 milyard 522 milyon 233 min manatdan çox infrastruktur quruculuğu işləri aparılıb

15-11-2019-13-33 Xəbərlər

Naxçıvanda 10 ildə 8 milyard 522 milyon 233 min manatdan çox infrastruktur quruculuğu işləri aparılıb

2009-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada iqtisadi və sos...

Naxçıvanda sabaha olan hava proqnozu

15-11-2019-13-02 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 16-na gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

15-11-2019-11-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Musiqiçilər üçün metodiki dərs

15-11-2019-11-26 Xəbərlər

Musiqiçilər üçün metodiki dərs

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Universitetində konfrans-simulyasiya keçirilib

15-11-2019-11-02 Xəbərlər

Naxçıvan Dövlət Universitetində konfrans-simulyasiya keçirilib

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a ver...

Tələbələrə ADA Universiteti haqqında məlumat verilib

15-11-2019-10-18 Xəbərlər

Tələbələrə ADA Universiteti haqqında məlumat verilib

NUHÇIXAN xəbər verir ki, ADA Universitetinin əməkdaşları Naxçıvan Müəllimlər İns...

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

14-11-2019-16-35 Xəbərlər

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

NUHÇIXAN xəbər verir ki, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər ...