Qədim diyarda dünyaya göz açan, boya-başa çatan gələcəyin böyük dahisi ilk təhsilini də Naxçıvanda alıb, 1939-cu ildə pedaqoji məktəbi uğurla bitirib. Ulu öndərimiz təhsilinin həmin mərhələsini yüksək qiymətləndirərək deyib: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb”.
Dahi şəxsiyyət yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmayıb, qədim diyarı daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının mühüm rolu olub. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulub, onların icra müddəti müəyyənləşdirilib. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin dövrü dəyərləndirərək deyib: “Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.
Böyük tarixi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olub. İlk səfər 1974-cü il fevralın 22-də reallaşıb. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılan Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, daha sonra 1978-ci il ok­tyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilib, gələcək perspektivə hesablanmış addımlar atılıb.
Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə yüksəlib. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb.
SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada, necə deyərlər, ucu-bucağı görünməyən bir ölkənin problemlərinin həlli ilə məşğul olsa da, bir an belə, doğma Naxçıvanı unutmayıb. O, muxtar respublikada görülən quruculuq işlərini həmişə yaxından izləyib, tövsiyə və tapşırıqlarını əsirgəməyib, ermənilərin Naxçıvana və Dağlıq Qarabağa iddialarına qarşı ciddi mübarizə aparıb. Təsadüfi deyil ki, ulu öndər 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılandan dərhal sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başlayıb.
Ümummilli lider Moskvada rahat yaşaya bilərdi. Ancaq dahi şəxsiyyət sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də O, Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər. Onun 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Xəyanətə yol vermiş mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, naxçıvanlılar qısa müddətdə ulu öndəri özlərinə rəhbər seçdilər, onun ətrafında sıx birləşdilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi, böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi”.
Dahi şəxsiyyət hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Burada muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. 
Ali Məclisin Sədri həmin dövrü belə xarakterizə edir: “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu”.
Ümummilli liderimizin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdir. Ali Məclis Sədrinin sözləri ilə ifadə etsək, “Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı”.
Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Onun ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Ancaq ulu öndər canı qədər sevdiyi doğma Naxçıvandan ayrılmaq istəmirdi. Digər tərəfdən xalqının görkəmli oğlu, alovlu vətənpərvər bu acı hadisələrə laqeyd də qala bilməzdi. Necə ki, qalmadı.
Ölkəmizə ikinci dəfə rəhbərliyi illərində ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə özünü tam doğruldaraq bir idarə­etmə modeli kimi tarixə düşdü. Fəaliy­yətini dayandırmış sənaye müəssisələrinin yenidən işə salınması və yeni müəssisələrin yaradılması sayəsində 1993-2003-cü illərdə muxtar respublikada sənaye məhsulu 3,4 dəfə artdı. Həmin dövrdə 15 inzibati bina, 60 elm və təhsil müəssisəsi, o cümlədən 16 min 38 şagird yerlik 55 ümumtəhsil məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman obyekti, 24 nasos stansiyası, 135 subartezian quyusu, 34 körpü, 6 ticarət mərkəzi, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək istifadəyə verildi. Ümumi daxili məhsulun həcmi 6,8 dəfə, əhalinin gəlirləri isə 10,5 dəfə artdı. Bütün bu misilsiz nailiyyətlərin hamısı böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanıldı. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir.
“Siz sübut etdiniz ki, öz torpağınıza, xalqınıza, millətinizə müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənim də həm Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz”, – deyən ulu öndər Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəklədi. Burada aparılan kompleks qurucu­luq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün muxtar respublikaya 4 dəfə səfər etdi. Birinci səfər 1996-cı il oktyabrın 29-da, ikincisi 1999-cu il oktyabrın 10-da, digərləri isə 2002-ci il iyunun 15-də və həmin il avqustun 10-da reallaşdı.
Ulu öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş, onun müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Həmin Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar Respublikası ilə əlaqədardır. Konstitusiyanın 134-cü maddəsində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Ümummilli lider Heydər Əliyevin ölkə Prezidenti kimi “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 1999-cu il 4 fevral tarixli Fərmanında Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amillər belə ifadə olunub: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.
Ulu öndər həmişə Naxçıvanın sosial-­iqtisadi baxımdan inkişaf etməsini, abad­laşmasını istəyirdi. Bu gün onun yolunu uğurla davam etdirənlər dahi şəxsiyyətin arzularını inamla həyata keçirirlər. Ümummilli liderin müəyyənləşdirdiyi hədəflər istiqamətində inamlı addımlar atılır. Belə ki, muxtar respublikada ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1995-ci illə müqayisədə 59,1 dəfə artaraq 2016-cı ildə 2 milyard 582 milyon manatdan çox olub. Bu dövr ərzində sənaye məhsulunun həcmi 103,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 11,1 dəfə artıb. Yerli istehsalın artması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını gücləndirib, idxalın həcminin isə azalmasına səbəb olub. Nəticədə, 2009-cu ildən muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb, ixracın həcmi idxalı üstələyib. Həmin dövrdə xarici ticarət dövriyyəsinin 51 faizini ixrac, 49 faizini isə idxal təşkil edib. Təkcə 2014-cü il 1 yanvar tarixdən 2017-ci il 1 aprel tarixədək muxtar respublikanın rayon mərkəzlərində, qəsəbə və kəndlərində infrastruktur obyektlərinin yaradılması istiqamətində, ümumilikdə, 698 infrastruktur obyekti istifadəyə verilib, 72 infrastruktur ­obyektinin inşası davam etdirilib.

Qazanılan bu nailiyyətlər bir daha deməyə əsas verir ki, Naxçıvanda Heydər Əliyev siyasi xətti uğurla, sədaqətlə davam etdirilir. Sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiq icrası, islahatların günün tələbləri səviyyəsində aparılması Naxçıvanın sürətli inkişafını və yüksəlişini şərtləndirir. Bu isə məhz ulu öndərimiz Heydər Əliyevin arzularındakı Naxçıvandır. Gündən-günə çiçəklənən, inkişaf edən, abadlaşan Naxçıvan.

Rauf KƏNGƏRLİ

"Şərq qapısı" qəzeti

10.06.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan rəsm müsabiqəsi elan edilib

18-09-2019-10-53 Xəbərlər

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan rəsm müsabiqəsi elan edilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Təhsil Nazirliyi ilə birgə 6-16 yaş ka...

Naxçıvanda dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir

18-09-2019-10-34 Xəbərlər

Naxçıvanda dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

17-09-2019-19-40 Rəsmi

15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi ola...

Müəllimə gül alaq, yoxsa kitab?!

17-09-2019-19-27 Xəbərlər

Müəllimə gül alaq, yoxsa kitab?!

Sahil Tahirli yazır Dünəndən başlanan yeni tədris ili özü ilə bərabər həm də in...

Müasirləşən Badamlı qəsəbəsi - VİDEO

17-09-2019-19-05 Xəbərlər

Müasirləşən Badamlı qəsəbəsi - VİDEO

Hər il muxtar respublikanın qəsəbə və kəndlərində geniş tikinti quruculuq işləri...

Muxtar Respublika Mədəniyyət Nazirliyinin əməkdaşına fəxri ad verildi - SƏRƏNCAM

17-09-2019-18-44 Xəbərlər

Muxtar Respublika Mədəniyyət Nazirliyinin əməkdaşına fəxri ad verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət ...

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında açılışlar oldu - VİDEO

17-09-2019-17-50 Xəbərlər

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında açılışlar oldu - VİDEO

Sentyabrın 17-də "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd Zastava...

Milli musiqi günü qeyd olunub

17-09-2019-17-06 Xəbərlər

Milli musiqi günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində  Mi...

Sosial şəbəkələrdə - VİDEO

17-09-2019-16-03 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Qədim türk mərasimləri ilə bağlı olan yallılarımız

17-09-2019-12-57 Xəbərlər

Qədim türk mərasimləri ilə bağlı olan yallılarımız

Yallılar ətrafdakı insanlara gözəl əhval-ruhiyyə aşılayan böyük dəyər daşıyıcıla...

Ötən günün mənzərəsi - VİDEO

17-09-2019-12-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Muratxon Gurayev: Naxçıvanın təcrübəsi gələcək fəaliyyətimizdə böyük rol oynayacaq

17-09-2019-12-20 Xəbərlər

Muratxon Gurayev: Naxçıvanın təcrübəsi gələcək fəaliyyətimizdə böyük rol oynayacaq

Əminliklə demək istəyirəm ki, nümayəndə heyətimizdə Naxçıvan təcrübəsi barədə yü...

Özbəkistanın nümayəndə heyəti içməli su və kanalizasiya sahəsində Naxçıvanın təcrübəsini öyrənib

17-09-2019-11-38 Xəbərlər

Özbəkistanın nümayəndə heyəti içməli su və kanalizasiya sahəsində Naxçıvanın təcrübəsini öyrənib

Özbəkistan Respublikasının Mənzil Kommunal Təsərrüfatı və Səhiyyə nazirliklərind...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

17-09-2019-10-14 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində sentyabr ayının ilk 15 günü ər...

Naxçıvan Qarnizonu tam orta məktəbində Bilik Günü qeyd edildi - VİDEO

16-09-2019-23-59 Xəbərlər

Naxçıvan Qarnizonu tam orta məktəbində Bilik Günü qeyd edildi - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Heydər Əliyev adına Hərbi Liseydə Bilik Günü qeyd olunub - VİDEO

16-09-2019-23-09 Xəbərlər

Heydər Əliyev adına Hərbi Liseydə Bilik Günü qeyd olunub - VİDEO

Heydər Əliyev adına Hərbi Liseydə 15 Sentyabr Bilik Günü münasibətilə tədbir k...

ƏÜO-da ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO

16-09-2019-21-22 Xəbərlər

ƏÜO-da ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

“Naxçıvan”Universitetində Bilik Günü qeyd edilib

16-09-2019-20-26 Xəbərlər

“Naxçıvan”Universitetində Bilik Günü qeyd edilib

NUHÇIXAN xəbər verir ki,“Naxçıvan”Universitetində  Bilik Günü  və yeni tədris il...

Ali təhsil ocağında “Bilik günü” qeyd olunub

16-09-2019-19-19 Xəbərlər

Ali təhsil ocağında “Bilik günü” qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Bilik günü” qeyd olunu...

Xüsusi təyinatlı təhsil müəssisəsində ilk tədris ili başlanılıb

16-09-2019-19-12 Xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisəsində ilk tədris ili başlanılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Muxtar respublikada Bilik Günü qeyd olunub

16-09-2019-17-19 Xəbərlər

Muxtar respublikada Bilik Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıva...

Muxtar respublikada Bilik Günü qeyd olunub

16-09-2019-17-19 Rəsmi

Muxtar respublikada Bilik Günü qeyd olunub

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib - VİDEO

16-09-2019-15-58 Xəbərlər

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib - VİDEO

Sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıvan şəhər 5 nömrəli tam ort...

Yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib

16-09-2019-13-30 Xəbərlər

Yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmi...

Muxtar respublikadakı muzeylər ötən ay 59 mindən çox ziyarətçi qəbul edib

16-09-2019-12-51 Xəbərlər

Muxtar respublikadakı muzeylər ötən ay 59 mindən çox ziyarətçi qəbul edib

Bu ilin avqust ayında muxtar respublikanın muzeylərini 22 mindən çoxu əcnəbi vət...

2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır

16-09-2019-09-00 Xəbərlər

2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tə...

Uzunömürlü nalbənd ağacı

15-09-2019-17-49 Xəbərlər

Uzunömürlü nalbənd ağacı

Özünün fauna və florası ilə zəngin olan muxtar respublikamızda, eləcə də Şərur r...

Bu payız o payız deyil

15-09-2019-14-42 Xəbərlər

Bu payız o payız deyil

Mənim doğulduğum kəndə həmişə dünyanın ən gözəl payızı gələrdi.

Yaşayış binasında tikinti işləri davam edir

15-09-2019-11-43 Xəbərlər

Yaşayış binasında tikinti işləri davam edir

Naxçıvan şəhərindəki Atatürk küçəsindəki 14 nömrəli yaşayış binasına da quruculu...

Badamlı qəsəbəsi indi daha yaxındır...

15-09-2019-10-29 Xəbərlər

Badamlı qəsəbəsi indi daha yaxındır...

Bildiyimiz kimi, ölkəmiz yol çəkilişinə görə dünyada ilk yerlərdən birini tutur....