- Ətraflı
- Yaradılıb 07 356 2017
- Baxış sayı: 11077
Müstəqillik dövründə Azərbaycanın demokratik dövlət kimi xarici siyasətinin müəyyənləşdirilməsi, sosial-iqtisadi, ictimai-siyasi münasibətlərinin formalaşdırılması, milli qanunvericiliyinin yaranması ilə bağlı müxtəlif mövzular ayrı-ayrı tədqiqatçılar tərəfindən araşdırılmışdır. Bu tədqiqatlardan bəziləri isə regional əməkdaşlıq məsələlərinə, onun müxtəlif sahələrinə – Xəzərin enerji resurslarının hasilatı, nəqli sahəsində dövlətlərarası, dövlətlərlə beynəlxalq şirkətlər arasındakı münasibətlərin ümumi geosiyasi istiqamətlərinə həsr edilmişdir. Lakin konkret olaraq enerji təhlükəsizliyi, o cümlədən Xəzər regionunun enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri indiyədək ayrıca, sistematik şəkildə tədqiq olunmamışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun yenicə çapdan çıxmış “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyası öz elmi əhəmiyyəti ilə seçilir.
Monoqrafiya ilk olaraq qarşıya qoyulan problemin ümummilli liderimiz Heydər Əliyevin enerji siyasətinin formalaşması və inkişafındakı tarixi xidmətləri kontekstində öyrənilməsi ilə diqqəti cəlb edir. Yeni tədqiqat əsərinin yazılmasında çoxsaylı Qərb müəlliflərinin, beynəlxalq hüquq üzrə tanınmış ekspertlərin ingilis və rus dillərində olan əsərlərinə, eləcə də digər elmi mənbələrə müraciət edilmiş, ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitq və çıxışlarına geniş yer verilmişdir.
Azərbaycan Respublikasının Xəzər regionunda enerji təhlükəsizliyi sferasında əməkdaşlığa üstünlük verdiyi məsələlərin yalnız bərabərhüquqlu, beynəlxalq-hüquqi vasitələrlə həllinə maraqlı olması monoqrafiyada bir daha öz elmi-nəzəri təsdiqini tapmışdır.
Yeni nəşrdə regional enerji təhlükəsizliyinin təminatında iştirak edən Azərbaycan Respublikasının həllinə diqqət yetirdiyi problemlər sistematik şəkildə, aşağıdakı kimi qruplaşdırılmışdır: Sovet İttifaqının enerji ehtiyatına olan tələbatının ödənilməsi məqsədilə, əsasən, Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsulla onilliklər ərzində aparılmış neft hasilatı, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora və faunanın geniş miqyasda məhv edilməsi, Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının region üçün potensial təhlükə mənbəyi olması, nüvə silahının yayılmaması sahəsində mövcud beynəlxalq hüquq normalarına uyğun regional münasibətlərin tənzimlənməsi zərurəti, neft və qaz yataqlarının təhlükəsizliyi problemi, Xəzərin beynəlxalq-hüquqi statusunun müəyyən edilməməsi, Xəzər hövzəsinin Azərbaycan Respublikasına aid olan sektorunda yerləşən mövcud neft və qaz yataqlarının, habelə perspektivli strukturların işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin tikintisi və quraşdırılması, əsas ixrac neft və qaz kəmərlərinə olan təhdidlər və sair. Bu problemlər monoqrafiyada regiondakı iştirakçıların maraqları kontekstində araşdırılmış, ümumi maraqlar üçün mümkün mexanizmlərin müəyyən edilməsinə çalışılmışdır.
11 paraqraf və üç fəsildən ibarət monoqrafiyanın “Region dövlətlərinin enerji təhlükəsizliyi siyasəti və onun uzlaşdırılması üzrə əməkdaşlığın beynəlxalq-hüquqi formaları” adlanan I fəslində beynəlxalq enerji təhlükəsizliyi hüquq faktoru kimi araşdırılıb təhlil olunmuş, konkret elmi tərifi, eləcə də enerji resurslarının təsnifatı verilmişdir. Bu fəsildə vurğulanmışdır ki, Azərbaycan Respublikasının regionda ciddi tərəfdaşa çevrilməsində onun enerji resursları mühüm faktordur. Azərbaycan Respublikasının Xəzərin beynəlxalq statusunun müəyyən edilməsi istiqamətində Xəzər hövzəsi dövlətləri ilə əməkdaşlığı uğurlu milli siyasətin nəticəsi kimi qiymətləndirilmişdir. Xəzər regionu üçün təbii-coğrafi xüsusiyyətlər, nəqliyyat-kommunikasiya sistemləri kimi ümumiləşdirici meyarlardan, bu regiona aid olan dövlətlərin hər birinin milli maraqlarından ayrı-ayrılıqda danışılmışdır. Müəllif bir daha qeyd etmişdir ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin diplomatik fəaliyyəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizdə regional təhlükəsizliyin uzunmüddətli təminat sisteminin əsası qoyulmuşdur.
Xəzər regionu dövlətlərinin müasir xarici siyasətini əhatəli şəkildə araşdıran müəllif Xəzərin beynəlxalq-hüquqi statusunun energetika sferasındakı regional əməkdaşlığa təsirini belə izah etmişdir ki, Xəzərin ümumi statusu üzrə beynəlxalq-hüquqi statusun müəyyən edilməsindəki problem, əslində, regional əməkdaşlıqdakı fərqli maraqların mövcud olmasını göstərir.
Gənc tədqiqatçı regional enerji təhlükəsizliyinin beynəlxalq hüquq prinsiplərinin hər birini ayrı-ayrılıqda izah etməklə bu prinsiplərin hasilatçı, tranzit və idxalçı ölkələrin maraqlarının qorunmasına xidmət etdiyini bildirmişdir. Sonda belə bir yekun nəticəyə gəlinmişdir ki, bu prinsiplərə həm beynəlxalq hüquq, həm də dövlətdaxili qanunvericilik təcrübəsində nə qədər ciddi əməl olunarsa, regional enerji təhlükəsizliyinin təminatı da bir o qədər səmərəli olar. Bu da, öz növbəsində, enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq münasibətlərin tənzimlənməsinin daha effektiv mexanizminin qurulması üçün əsas şərtlərdən biridir.
İlk fəsildə enerji təhlükəsizliyi sferasında region dövlətlərin milli konsepsiyaları, onların qanunvericilik əsasları ilə bağlı aparılmış müqayisəli təhlillər və bununla bağlı əldə olunmuş konkret elmi nəticələr də maraq doğurur.
Monoqrafiyanın “Regional energetika əməkdaşlığının həyata keçirilməsində Azərbaycan Respublikasının qanunvericiliyi” adlanan II fəslində isə Azərbaycan Respublikasında enerji resursları baxımından suverenliyi reallaşdırmaq istiqamətində görülmüş mühüm tədbirlərdən, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015) üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən və uğurla başa çatdırılmasından danışılmış və vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 23 may 2007-ci ildə təsdiq olunmuş Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Respublikasının energetika sferası da daxil olmaqla milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir, ölkənin milli maraqlarının və təhlükəsizlik siyasətinin hüquqi təminatının əsas qanunvericilik istiqamətlərini də müəyyən edir. Bu konsepsiya ölkəmizə qarşı enerji təhlükəsizliyi sferasında mümkün olan müxtəlif təhdidlərin qarşısının alınmasına, onların təsirini aradan qaldırmağa və ya azaltmağa xidmət edən mühüm dövlət sənədidir. Bu fəsildə Azərbaycan Respublikasının energetika qanunvericiliyindən bəhs edən müəllif onu da qeyd etmişdir ki, bu sahədəki mövcud qanunvericilik müəyyən problemlərin olmasına rəğmən regional əməkdaşlıqda beynəlxalq-hüquqi tənzimetmə üçün ümumi əsaslara malikdir. Həmin fəsildə Azərbaycan Respublikasının energetika qanunvericiliyi sistemi, enerji ehtiyatlarından istifadənin müqavilə formaları içərisində müasir dövrdə daha çox tətbiq olunan Hasilatın Bölgüsü Sazişləri də ətraflı tədqiq olunmuşdur. Azərbaycan Respublikasının energetika sferasında regional əməkdaşlığının çoxtərəfli və ikitərəfli beynəlxalq-hüquqi formalarından danışan müəllif bu tendensiyanı irəli sürmüşdür ki, ikitərəfli razılaşmaların bir qisminin yumşaq xarakter daşıması, meydana çıxa biləcək mübahisələrin həllində, əsasən, diplomatik (qeyri-məhkəmə, arbitraj mexanizmlərinin olmaması) yolların nəzərdə tutulması regional energetika inteqrasiyasını zəiflədən amil kimi qiymətləndirilməlidir.
Monoqrafiyanın “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətində Naxçıvan Muxtar Respublikasının yeri” adlanan son fəslində muxtar respublikanın energetika sistemi, enerji təhlükəsizliyi olduqca mürəkkəb iqtisadi-coğrafi mövqeyi və geosiyasi vəziyyəti aspektində öyrənilmişdir. Bu fəsildə ümummilli lider Heydər Əliyevin 1990-1992-ci illərdə muxtar respublikaya rəhbərlik etdiyi dövrlərdə Naxçıvanın Türkiyə və İranla iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsi nəticəsində muxtar respublikanın enerji təminatı istiqamətində görülmüş əhəmiyyətli işlərdən danışılır. 2005-ci ilin noyabr ayından muxtar respublikaya təbii qazın verilməsinə başlanılmış, 2008-ci ildə muxtar respublikanın bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Müəllif Naxçıvan Muxtar Respublikasının energetika sisteminin formalaşmasında və onun beynəlxalq xarakter kəsb etməsində Türkiyənin rolundan ayrıca danışmışdır.
Naxçıvan Qaz Turbin Elektrik Stansiyasının istifadəyə verilməsindən, muxtar respublikanın enerjiyə olan tələbatının əsas hissəsinin burada işə salınmış su elektrik stansiyalarının hesabına ödənilməsindən, bərpa olunan və alternativ enerji mənbələrindən istifadə məqsədilə Günəş Elektrik Stansiyasının tikilib-quraşdırılmasından danışan müəllif elektrik enerjisi sektorunda həyata keçirilən bu tədbirləri haqlı olaraq Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinə, istehsalat və xidmət sahələrinin sabit enerji ilə təminatının yaxşılaşdırılmasına mühüm töhfə kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, bu sahəyə rəhbərlik qabaqcıl Avropa ölkələrinin təcrübəsinə uyğun qurulmaqdadır. Bu fəsildə muxtar respublikada energetika sisteminin idarəçiliyi ilə məşğul olan Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin fəaliyyətindən də bəhs olunmuşdur. Vurğulanmışdır ki, muxtar respublikanın enerji təhlükəsizliyi bütün istiqamətlərdə möhkəmləndirilməkdədir. Bunu institusional islahatların həyata keçirilməsi, yüksək texnoloji avadanlıqlar alınması üçün xarici sərmayələrin cəlb olunması, yerli kadr potensialının gücləndirilməsi və yüksək ekostandartların enerjiyə qənaət prinsipinin tətbiqi bir daha təsdiq edir.
Son fəsildə Naxçıvanın enerji təhlükəsizliyi üzrə Azərbaycanın qonşu dövlətlərlə bağladığı müxtəlif beynəlxalq sənədlərin, o cümlədən beynəlxalq saziş, razılaşma və memorandumların, muxtar respublikanın dövlət qurumlarının Naxçıvan Muxtar Respublikasının energetika kompleksinin inkişafı məqsədilə qəbul etdiyi müxtəlif aktların, Naxçıvan Muxtar Respublikasında “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın əhəmiyyətindən bəhs olunmuşdur. Müəllif Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramında (2005-2015), Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının geoiqtisadi vəziyyətinə xüsusi əhəmiyyət verildiyini də diqqətə çatdırmışdır.
Müəllif muxtar respublikanın elektrik enerjisinin nəqli sahəsindəki beynəlxalq-hüquqi əməkdaşlıqdan danışarkən bu əməkdaşlığın təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci ildə qoyulduğunu diqqətə çatdırmış, qonşu dövlətlərlə imzalanan müxtəlif müqavilələri təhlil etmişdir. Həm beynəlxalq hüquqda, həm də dövlətdaxili qanunvericilikdə beynəlxalq müqavilələri bağlamaq səlahiyyətində olan vəzifəli şəxslərin təsnifatının verilməsindən danışan müəllif qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qanunvericilikdə müxtəlif sahələr üzrə beynəlxalq müqavilələr bağlamaq səlahiyyətinə malik olması Azərbaycan Respublikasının suveren hakimiyyətinin bölgüsü anlamına gəlməyib, yalnız Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyəti ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasının iştirakı ilə bağlanan beynəlxalq müqavilələrdə Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının mənsubiyyətində göstərilməsi də bunu bir daha təsdiqləyir. Müəllif Naxçıvan Muxtar Respublikasının bu təmsilçilik funksiyasının Azərbaycan Respublikası Konstitusiyasına və “Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğvi qaydaları haqqında” Qanununa əlavə edilməsini məqsədəuyğun hesab etmiş, bununla bağlı monoqrafiyada konkret təkliflər vermişdir.
Hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyasında qarşıya qoyulan problemin beynəlxalq-hüquqi əsaslarının tədqiq olunması Azərbaycan beynəlxalq hüquq elmi üçün mühüm yenilikdir. Monoqrafiyada müəllif tərəfindən irəli sürülən, əsaslandırılmış yeni elmi müddəalar, yekun elmi qənaətlər enerji təhlükəsizliyi sferasında dövlətlərarası əməkdaşlıqda, o cümlədən regional layihələrin həyata keçirilməsində, Azərbaycan Respublikasının Avropa ölkələri ilə, beynəlxalq təşkilatlarla enerji təhlükəsizliyi münasibətlərində, bu sahədəki mövcud qanunvericiliyin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Yeni nəşr, bütövlükdə, beynəlxalq hüquq elminin inkişafına, Azərbaycan Respublikasının enerji diplomatiyasının formalaşdırılmasına xidmət edən “Beynəlxalq təhlükəsizlik hüququ”, “Beynəlxalq iqtisadi hüquq” fənlərinin tədrisində, yeni tədqiqat işlərinin yazılmasında istifadə olunacaq dəyərli elmi mənbədir. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyası dərs vəsaiti kimi təsdiq olunmuşdur. Monoqrafiya hüquqşünaslıq, beynəlxalq münasibətlər və energetika ixtisaslarında seçmə fənlərin tədrisi zamanı dəyərli elmi mənbə kimi istifadə olunacaqdır.
Mehriban Sultan
filologiya üzrə fəlsəfə doktoru
"Şərq qapısı" qəzeti
07.05.2017
Bölmənin digər xəbərləri
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
17-11-2020-18-25 Xəbərlər

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...
Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
17-11-2020-16-27 Rəsmi

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...
Ermənistan XİN rəhbərinin müavini də istefa verdi
17-11-2020-15-49 Xəbərlər

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...
Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı
17-11-2020-12-54 Xəbərlər

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...
Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib
17-11-2020-11-20 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...
30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır
17-11-2020-00-00 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...
Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib
16-11-2020-20-32 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...
Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”
16-11-2020-18-41 Xəbərlər

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
16-11-2020-18-19 Rəsmi

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.
Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı
16-11-2020-14-34 Xəbərlər

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...
Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi
16-11-2020-12-50 Xəbərlər

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
16-11-2020-11-26 Xəbərlər

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.
Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?
16-11-2020-10-35 Xəbərlər

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...
Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb
16-11-2020-09-48 Xəbərlər

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...
Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb
16-11-2020-09-00 Xəbərlər

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...
General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir
15-11-2020-16-46 Xəbərlər

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...
Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib
15-11-2020-15-21 Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...
Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır
15-11-2020-15-11 Xəbərlər

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...
Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar
15-11-2020-14-24 Xəbərlər

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...
Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb
15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...
Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb
14-11-2020-17-56 Xəbərlər

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...
Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan
14-11-2020-15-55 Xəbərlər

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...
Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi
14-11-2020-12-45 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...
Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur
14-11-2020-11-24 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib
14-11-2020-11-05 Xəbərlər

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...
Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib
13-11-2020-16-05 Xəbərlər

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...
Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib
13-11-2020-14-57 Xəbərlər

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...
Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi
13-11-2020-12-18 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...
Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”
13-11-2020-10-50 Xəbərlər

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...
Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib
13-11-2020-09-24 Xəbərlər

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...