Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçi­lik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub. Fermerlərə yanacağa, motor yağına, gübrəyə çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələri və məhsuldarlıq ilbəil artıb. Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verib.

Kənd təsərrüfatında yeni innovasiyaların tətbiqi bu gün böyük əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikasına tələbata uyğun yeni kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi də məhz bu amala xidmət edir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu günə qədər muxtar respublikaya 1925 texnika və texnoloji avadanlıq alınıb gətirilib. 2017-ci ilin ötən dövründə isə 41 texnika və yeni suvarma sistemləri üçün avadanlıqlar alınıb. 
Müasir dünya təcrübəsi göstərir ki, taxıl bitkilərinin yetişdirilməsində məhsuldarlığa təsir edən əsas amillərdən biri də keyfiyyətli toxum növlərindən istifadədir. Ona görə də bütün dünyada toxumların genofonduna, seleksiyasına xüsusi əhəmiyyət verilir, ciddi tədqiqatlar aparılır, genetik xəstəliklərə, ziyanvericilərə qarşı daha dözümlü növlər yetişdirilir. Bu səbəbdən məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün toxumçuluq təsərrüfatlarının inkişafı diqqətdə saxlanır. 
Ötən ay Çin Xalq Respublikasından gətirilən 33 adda 80 kənd təsərrüfatı texnikası, eləcə də toxum laboratoriyası yeni metodlarla əkin və becərmə işlərinin aparılmasına öz töhfəsini verəcəkdir. Çin istehsalı olan 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtrtəmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar yüksək iş imkanlarına malikdir. Hazırda toxumçuluq təsərrüfatının istifadəsində 2000 hektar əkinəyararlı torpaq sahəsi var. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Ədalət Hüseynovun sözlərinə görə, bu texnikalar təsərrüfatın bundan sonrakı dönəmində daha da səmərəli fəaliyyətinə, taxıl toxumu, o cümlədən də digər kənd təsərrüfatı bitkilərinin toxumlarının istehsalını təşkil etməyə imkan verəcəkdir: “Belə texnikalar münbitliyi az olan torpaqlarda daha effektiv nəticə verir. Digər aqrotexniki tədbirlər – gübrə səpinindən tutmuş şumun qaldırılması, bu proseslərin ardıcıllıqla keyfiyyətli təşkili müasir texnika ilə mümkündür. Bu texniki təminat muxtar respublikada bir ilkdir və digər təsərrüfatlar üçün nümunədir. Təsərrüfatın əsas fəaliyyət istiqaməti taxıl toxumçuluğu sahəsindədir. Gələcəkdə yem bitkiləri və digər tərəvəz toxumlarının yetişdirilməsi imkanları da var. Burada taxıl sortlarının çoxaldılıb yetişdirilməsi həyata keçiriləcək. Sahibkarlar da maraqlı olacaq ki, bu keyfiyyətli toxumdan əkib məhsul götürsünlər. Bu, eyni zamanda torpaqdan istifadənin səmərəliliyini artıracaq, həm də iqtisadi cəhətdən gəlir gətirəcək”. 
Keyfiyyətli toxum dedikdə, toxumun təmizliyi, saflığı, bərabərliyi, yəni eyni ölçüdə olması, xəstəlik və zərərvericilərə qarşı davamlılığı başa düşülür. Bu tələblərə cavab verən toxumlar standart toxumlar sayılır. Toxumtəmizləyən aqreqatlar imkan verəcək ki, toxumları daha yaxşı çeşidləmək mümkün olsun. Toxum təmizləndikdən və qurudulduqdan sonra sortlaşdırılır. Burada əsas məqsəd səpində yalnız keyfiyyətli toxumlardan istifadə etməkdir. 
Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır.
Toxumçuluq təsərrüfatına gətirilən digər texnikalar da yüksək iş göstəricilərinə malikdir. Bu texnikalar vaxtdan səmərəli istifadəyə və yüksək məhsuldarlığa nail olmağa yönəlib. Kombaynlar, traktorlar iş zamanı kənardan yanacaq götürməsin deyə yanacaq tankerindən istifadə olunacaq ki, bu da texnikaları vaxtında yanacaqla təmin edəcək. İş prosesində hər hansı bir nasazlıq ortaya çıxarsa, texniki xidmət maşını nasazlığın zəmidəcə təmir olunmasına imkan verəcək. Muxtar respublikanın əkinəyararlı torpaq sahəsi az olduğu üçün innovativ üsulların tətbiqi məhsuldarlığa yol açacaq. 
Toxumçuluq təsərrüfatının 400 hektar əkin sahəsində qurulacaq yeni qapalı suvarma şəbəkəsi də bu baxımdan faydalı olacaq. Qapalı suvarma şəbəkəsi şoranlaşmaya və su itkisinə yol vermədən əkin sahələrinin tələb olunan miqdarda suvarma suyu ilə təminatına imkan verəcək. Növbəti illərdə digər sahələrdə də qapalı suvarma şəbəkəsi qurulacaq ki, bu da təsərrüfatın fəaliyyətinin səmərəliliyinə zəmin yaradacaq.
Muxtar respublikanın iqlim şəraitinə uyğun toxum sortlarının yetişdirilməsi və paylanması toxumçu­luq təsərrüfatının qarşısında duran əsas vəzifədir. Bu ilin məhsulu üçün 800 hektarda iqlim şəraitinə uyğun məhsuldar taxıl sortları əkilib.
Kənd təsərrüfatında əsas hədəf məhsuldarlığın yüksəldilməsidir. Həyata keçirilən tədbirlər bir daha belə deməyə əsas verir ki, muxtar respublikada müasir kənd təsərrüfatı texnikaları ilə təchizat və əkin sahələrində müasir suvarma sistemindən istifadə hesabına keyfiyyətli və bol məhsul əldə olunacaq, daxili bazarda belə məhsulların xüsusi çəkisi artacaqdır.

Ruhiyyə Rəsulova
"Şərq qapısı" qəzeti

02.05.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan ədəbi mühitinin yetirməsi Kəmalə Ağayeva vəfat edib

18-07-2019-21-52 Xəbərlər

Naxçıvan ədəbi mühitinin yetirməsi Kəmalə Ağayeva vəfat edib

Bu gün şair, dramaturq Kəmalə Ağa qızı Ağayeva vəfat edib. Kəmalə xanım 1936-cı ...

YAP Babək Rayon Təşkilatının iclası keçirildi

18-07-2019-21-26 Xəbərlər

YAP Babək Rayon Təşkilatının iclası keçirildi

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 2019...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sayı azalıb

18-07-2019-20-01 Xəbərlər

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sayı azalıb

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin mətbuat...

Əsgər Abdullayev “Araz-Naxçıvan”la müqavilə imzaladı

18-07-2019-18-58 Xəbərlər

Əsgər Abdullayev “Araz-Naxçıvan”la müqavilə imzaladı

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının icl...

Naxçıvanda sabaha olan hava proqnozu

18-07-2019-17-11 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvanda aztəminatlı ailələrin məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir

18-07-2019-12-40 Xəbərlər

Naxçıvanda aztəminatlı ailələrin məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına kömək göstərilməsi mə...

Ötən günün mənzərəsi - VİDEO

18-07-2019-11-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Daimi nümayəndəliyin rəhbəri tədbirdə iştirak edib

18-07-2019-10-41 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri tədbirdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Qədim, ulu – bu günsə, cavan Naxçıvan- tarixi diyarda ilk dəfə olan jurnalist yazır…

18-07-2019-10-23 Xəbərlər

Qədim, ulu – bu günsə, cavan Naxçıvan- tarixi diyarda ilk dəfə olan jurnalist yazır…

Azərbaycanın bu qədim, dilbər guşəsi olan Naxçıvanla bağlı məqalələrimdə onu da ...

Kültəpə və Gülşənabad da müasirləşən kəndlər siyahısına daxil olur - VİDEO

17-07-2019-19-02 Xəbərlər

Kültəpə və Gülşənabad da müasirləşən kəndlər siyahısına daxil olur - VİDEO

Muxtar respublikada həyata keçirilən quruculuq işlərinin növbəti ünvanı Babək ra...

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir olub

17-07-2019-18-20 Xəbərlər

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin birinci mərhələsi başa çatıb

17-07-2019-17-37 Xəbərlər

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin birinci mərhələsi başa çatıb

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxt...

Naxçıvanda sabaha olan hava proqnozu

17-07-2019-16-17 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb....

Новости Нахчывана - VİDEO

17-07-2019-14-17 Xəbərlər

Новости Нахчывана - VİDEO

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

17-07-2019-13-02 Xəbərlər

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi ...

Naxçıvandan Bakıya uçan təyyarəyə quş çırpılıb

17-07-2019-12-43 Xəbərlər

Naxçıvandan Bakıya uçan təyyarəyə quş çırpılıb

İyulun 17-də səhər saatlarında Naxçıvan-Bakı istiqamətində aviareys həyata keçir...

Naxçıvanın ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib

17-07-2019-12-07 Xəbərlər

Naxçıvanın ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yay tətili günlərində ümumtəhsil m...

Ötən günün mənzərəsi - VİDEO

17-07-2019-10-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadasında altıncı tura yekun vurulub

17-07-2019-09-36 Xəbərlər

Respublika Şahmat Olimpiadasında altıncı tura yekun vurulub

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında keçirilən Respubl...

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının yekunları müzakirə olunub

16-07-2019-17-20 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində  2019-cu ilin birinci yarısının  yekunları müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci...

Gənc polis əməkdaşları and içdilər

16-07-2019-16-58 Xəbərlər

Gənc polis əməkdaşları and içdilər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan ...

Ordubadda taxıl biçini başa çatıb

16-07-2019-15-53 Xəbərlər

Ordubadda taxıl biçini başa çatıb

Ordubad rayonu üzrə cari ildə 1685 hektarda taxıl yetişdirilib.

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

16-07-2019-15-12 Xəbərlər

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən ye...

Naxçıvanda sabaha olan hava proqnozu

16-07-2019-14-51 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

Nakhchivan news - VİDEO

16-07-2019-14-33 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

16-07-2019-13-58 Xəbərlər

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verm...

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

16-07-2019-12-14 Xəbərlər

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

NUHÇIXAN xəbər verir ki, “Batumi Open” beynəlxalq turnirində 6 ölkədən 400 idman...

Ötən günün mənzərəsi - VİDEO

16-07-2019-11-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

16-07-2019-10-25 Xəbərlər

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respu...

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

16-07-2019-09-50 Xəbərlər

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və ...