- Ətraflı
- Baxış sayı: 13655
Naxçıvan Dövlət Televiziyasının proqramları internet üzərindən dünyaya yayımlanır
2016-cı il oktyabrın 17-də Naxçıvan Dövlət Televiziyası internet üzərindən HD formatda canlı yayıma başlamaqla öz auditoriyasını daha da genişləndirmişdir. Bununla əlaqədar Naxçıvan Dövlət Televiziyasının www.naxcivantv.az internet saytı hazırlanmışdır.
Saytda “Haqqımızda”, “Redaksiyalar”, “Proqram”, “Xəbərlər”, “Videoarxiv”, “Əlaqə”, “Canlı yayım və arxiv” bölmələri yer alır. İstifadəçilər “Canlı yayım və arxiv” bölməsinə keçid etməklə Naxçıvan Dövlət Televiziyasını internet üzərindən birbaşa izləyə bilirlər. Həmçinin həftə ərzində efirə gedən proqramlara da arxivdən baxmaq imkanı vardır.“Anonslar”, “Televernisaj və videoçarxlar”, “Aktual”, “İctimai”, “Turizm”, “Reklamlar və elanlar” bölmələrində olan məlumatlar müntəzəm yenilənir, “Rəsmi xəbərlər” bölməsindəki materiallar isə Azərbaycan dilindən başqa, ingilis və rus dillərində də yayımlanır.
Saytda televiziyanın bir həftəlik proqramı da yerləşdirilmiş və sayğac qoyulmuşdur. İstifadəyə verildikdən ötən 15 gün ərzində sayta dünyanın 30 ölkəsindən 70 mindən çox baxış olmuşdur. Belə ki, internet üzərindən televiziyaya Türkiyə üzrə 2199, Rusiya üzrə 1616, Ukrayna üzrə 319, Gürcüstan üzrə 217, Ermənistan üzrə 137, İran üzrə 110, ABŞ üzrə 46, Cənubi Afrika üzrə 37, Almaniya üzrə 30, Qırğızıstan üzrə 20, Çin üzrə 19, Qazaxıstan üzrə 18, Cənubi Koreya üzrə 14, Fransa üzrə 13, Moldova üzrə 13, Yaponiya üzrə 13, Polşa üzrə 12, İndoneziya üzrə 9, Misir üzrə 9, Danimarka üzrə 8, Estoniya üzrə 7, Hindistan üzrə 7, Hollandiya üzrə 6, Norveç üzrə 6, Pakistan üzrə 6, Birləşmiş Ərəb Əmirlikləri üzrə 5, Böyük Britaniya üzrə 4, İsveç üzrə 3 və Latviya üzrə 1 baxış olmuşdur. Azərbaycanın digər bölgələrindən baxış sayı isə 30 mini keçmişdir.
Naxçıvan Dövlət Televiziyasının “Youtube”, “Facebook”, “Twitter” və “İnstagram” sosial şəbəkələrində də səhifələri yaradılmışdır. Televiziyanın “Youtube” videokanalında 850-dən çox veriliş, videoçarx, sosial çarx, anons, teleetüd, xəbər süjeti, televernisaj, sənədli və televiziya filmləri yerləşdirilmişdir. “Youtube” videokanalında yerləşdirilən videomateriallara ümumilikdə 1 milyondan çox baxış olmuş və ümumi izlənmənin müddəti 3 milyon dəqiqəni ötmüşdür. 2013-2016-cı illərdə aşağıdakı 5 ölkədə videomateriallar daha çox izlənilmişdir:
1. Azərbaycan üzrə baxış sayı –612 min 110
2. Rusiya üzrə baxış sayı –99 min 527
3. Türkiyə üzrə baxış sayı –53 min 190
4. Ermənistan üzrə baxış sayı –11 min 122
5. Ukrayna üzrə baxış sayı –11 min 54
Televiziyanın “Facebook” sosial şəbəkəsində də 11 minə yaxın istifadəçisi vardır. Yeni yaradılmasına baxmayaraq televiziyanın səhifəsi geniş istifadəçi və izləyici toplamışdır.
Belə ki, səhifəyə yerləşdirilmiş 1000-dən çox materiala ümumilikdə baxış sayı 1 milyon 400 mindən çox olmuşdur.
Ümumilikdə, Naxçıvan Dövlət Televiziyasının sosial şəbəkələrdəki səhifələrinə yerləşdirilmiş videomateriallara baxış sayı 2 milyon 700 mini ötmüşdür.
Naxçıvan Dövlət Televiziyasının kollektivi bundan sonra da internet saytının və sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edərək milli dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirləri, Naxçıvanın zəngin turizm potensialını, muxtar respublikada baş verən yenilikləri, əldə olunan inkişafı veriliş, film, videoçarx və xəbər sujetləri vasitəsilə geniş tamaşaçı kütləsinə çatdıracaq və təbliğ edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Televiziya və Radio Verilişləri
Komitəsinin mətbuat xidməti
Bölmənin digər xəbərləri
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
17-11-2020-18-25 Xəbərlər

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...
Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
17-11-2020-16-27 Rəsmi

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...
Ermənistan XİN rəhbərinin müavini də istefa verdi
17-11-2020-15-49 Xəbərlər

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...
Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı
17-11-2020-12-54 Xəbərlər

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...
Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib
17-11-2020-11-20 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...
30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır
17-11-2020-00-00 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...
Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib
16-11-2020-20-32 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...
Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”
16-11-2020-18-41 Xəbərlər

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
16-11-2020-18-19 Rəsmi

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.
Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı
16-11-2020-14-34 Xəbərlər

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...
Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi
16-11-2020-12-50 Xəbərlər

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
16-11-2020-11-26 Xəbərlər

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.
Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?
16-11-2020-10-35 Xəbərlər

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...
Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb
16-11-2020-09-48 Xəbərlər

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...
Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb
16-11-2020-09-00 Xəbərlər

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...
General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir
15-11-2020-16-46 Xəbərlər

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...
Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib
15-11-2020-15-21 Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...
Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır
15-11-2020-15-11 Xəbərlər

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...
Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar
15-11-2020-14-24 Xəbərlər

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...
Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb
15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...
Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb
14-11-2020-17-56 Xəbərlər

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...
Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan
14-11-2020-15-55 Xəbərlər

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...
Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi
14-11-2020-12-45 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...
Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur
14-11-2020-11-24 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib
14-11-2020-11-05 Xəbərlər

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...
Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib
13-11-2020-16-05 Xəbərlər

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...
Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib
13-11-2020-14-57 Xəbərlər

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...
Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi
13-11-2020-12-18 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...
Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”
13-11-2020-10-50 Xəbərlər

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...
Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib
13-11-2020-09-24 Xəbərlər

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...