- Ətraflı
- Yaradılıb 15 505 2017
- Baxış sayı: 10851
Səməni horrası Naxçıvanda Novruz bayramı ərəfəsində bişirilən şirniyyatlardan biridir. Tarixi çox qədimlərə dayanan Səməni horrası həm də sağlamlıq cəhətdən faydalarıdır. Böyük ensiklopediyaçı alim Əl-Biruni öz əsərində Səməni horrasının tarixinin qədimliyi məsələsinə toxunub. Əl-Biruni yazır ki, ulu əcdadlarımız Məhəmməd (ə) peyğəmbərə Səməni horrası aparırlar. Bu zaman peyğəmbər soruşur ki, gətirdiyiniz nədir. Cavab verirlər ki, “Novruz halvasıdır”. Təkcə bu fakt Səməni horrası və halvasının, eləcə də Novruz bayramının tarixinin çox qədimlərə dayandığını sübut edir.
Naxçıvanımızın bəzi kəndlərində qışın sonu olan Boz ay başlayanda bütün ailələr günaşırı bir yerə yığışar, böyüklü-kiçikli simsar qohumlar arasında deyişmələr keçirər, nəğmələr oxuyarlar. İlk çərşənbədə pul qoyub buğda alarlar. Yaşca böyük olan ailələrdən birinin başçısı önə çıxıb həmin buğdanı eyni miqdarda ailələrin sayı qədər hissələrə bölər. Qadınlar evdən gətirdikləri boşqablarda səməni qoyar və bu bayatını oxuyarlar:
Səməni, ay səməni,
Gəl tez bəzə çəməni.
Ruzi-bərəkətinlə
Sən də sevindir məni.
Boşqablarda əkilən səməni evlərin pəncərəsinə qoyular. Kənd ağbirçəkləri bunu belə izah edirlər: Novruz başlayandan tədricən gecələr qısalmağa doğru gedir. Öncə günəş səhərlər səməni ilə üzləşir və yerə onun yaşıllığı naminə daha isti havasını göndərir. Digər tərəfdən, bərəkət rəmzi olan yaşıl ləçəklər evdə, obada, vətən torpağının hər tərəfində dolaşan pis ruhları qovur. Yeni günlərə rəvac verən Novruzun yollarını təmizləyir.
Adətlərimizdən biri də budur ki, Səməni horrası bişirilən evdə siyahı tutulur. Siyahıda birinci evində xəstəsi olan insanlar, daha sonra isə təzə uşağı olan ailələr qeyd edilir. Daha sonrakı yerlərdə yoldaşı səfərdə olan, övladları ali təhsil alanlar və yeni ailə quranlar yer alır. Səməni horrası bişirildikdən sonra siyahı üzrə paylanılır.
Səməni horrasını bişirmək üçün səhər xanımlar bir yerə yığışır. Qərara gəlirlər ki, builki səməni horrasını filankəs bişirəcək. Bayram axşamı kənd camaatı evlərindəki səməniləri gətirirlər həmin şəxsin həyətinə. Səliqə ilə onları düzürlər masanın üstünə. Daha sonra səmənilərin döyülməsi başlanır. Xüsusi qaydada hazırlanmış toxmacla onu qabların içində əzirlər. Daha sonra ocaq qalanır. İri qazanlarda qadınlar səməni horrasını bişirməyə başlayırlar. Döyülüb əzilmiş səməninin suyunu süzüb boşaldırlar həmin qazanlara. Səməni horrasının bişirilməsi çox zəhmət tələb edir. Məsələn, 8 saat ərzində ocaq üzərində olan səməni horrası dayanmadan qarışdırılmalıdır. Buna görə də səməni horrası bişirilərkən 5-6 nəfərin köməyinə ehtiyac duyulur. Qohum-qonşulardan qız-gəlinlər də evə dəvət edilir, onlar növbə ilə səməni horrasını qarışdırırlar. Bəzən bu işi könüllü görmək istəyənlər də olur. Çünki buna həm də savab iş kimi baxılır.
Səməni halvası bişirilərkən bir nəfər əlində taxtadan hazırlanmış oxlovla onu qarışdırır. Dayanmadan bulanan səməninin suyuna yalnız un əlavə olunur. Sonda həmin qarışıq halva halına gətirilir. Adətən 19 mart gecəsi bişməyə başlayan səməni horrası 20-si tezdən hazır olur.
Onu da qeyd edək ki, səməni horrası bişirilən ev təmiz olmalıdır. Əgər bu şirniyyat hazırlanarkən pak olmayan bədniyyətli bir insan üstünə gələrsə, səməni daşır. Yəni səməninin düşər-düşməzi var. Çox vaxt da bu şirniyyatı hazırlayarkən evə qohum-qonşu dəvət olunur, ev sahibi samovar salır, şirniyyatlar və ləziz yeməklər bişirir. Gələn qonaqlar özləri ilə bəzəkli şirniyyatlar gətirir, qazan üstünə qoyurlar. Yəni səməni horrasının bişirilməsi insanlar tərəfindən böyük sevinclə qeyd edilir.
Bu şirniyyat yeyilməmişdən əvvəl çox maraqlı bir prosesdən keçir. Səməni horrası hazır olduqdan sonra qazanın qapağı örtülür. Və ocaq ətrafı da təmizlənir. Sonra qazanın qapağının üstünə güzgü, daraq və qənd qoyulur, 1-2 saat insanlar onun ətrafından uzaqlaşır. Belə bir inanc var ki, bu zaman səməni horrasına şirinlik qatılır. Çox maraqlıdır ki, səməni horrasının içərisinə heç bir şirin qatılmasa da, onun dadı çox şirin olur.
Səməni hörrəsini həm də nəzir edib bişirirlər, bişəndən sonra qazanın qapağını örtür, üzərinə yenə də güzgü, daraq və s. bəzək əşyaları qoyurlar. İnanclara görə, Həzrəti Fatimeyi-Zəhra gəlib saçını darayacaq, özünə bəzək verəcək, nəzir edənə xeyir-dua verəcək ki, bu qazan bərəkətli olsun. Deyirlər, bu qazan Fatimeyi-Zəhra xanımdan qalıb. Mərasimə qohum-əqrabalar, qonşular, tanışlar dəvət olunurlar. Qapağını açanda salavat deyir və horranı kasalarda paylayırlar. Kənddə xəstə varsa, ilk növbədə onun payını qoyurlar. Gələn qonaqlar xələt verdikdən sonra horradan yeyirlər.
Qeyd edək ki, səməni horrasının müalicəvi əhəmiyyəti də olduqca böyükdür. Həkimlərin dediyinə görə, onun müalicəvi əhəmiyyəti ondan ibarətdir ki, insanın fiziki gücünü artırır. Həmçinin bir sıra mədə-bağırsaq xəstəliklərinə qarşı faydalıdır.
Səadət Talıbova
"Palitra" qəzeti
Bölmənin digər xəbərləri
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
17-11-2020-18-25 Xəbərlər

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...
Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
17-11-2020-16-27 Rəsmi

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...
Ermənistan XİN rəhbərinin müavini də istefa verdi
17-11-2020-15-49 Xəbərlər

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...
Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı
17-11-2020-12-54 Xəbərlər

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...
Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib
17-11-2020-11-20 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...
30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır
17-11-2020-00-00 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...
Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib
16-11-2020-20-32 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...
Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”
16-11-2020-18-41 Xəbərlər

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
16-11-2020-18-19 Rəsmi

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.
Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı
16-11-2020-14-34 Xəbərlər

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...
Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi
16-11-2020-12-50 Xəbərlər

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
16-11-2020-11-26 Xəbərlər

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.
Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?
16-11-2020-10-35 Xəbərlər

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...
Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb
16-11-2020-09-48 Xəbərlər

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...
Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb
16-11-2020-09-00 Xəbərlər

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...
General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir
15-11-2020-16-46 Xəbərlər

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...
Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib
15-11-2020-15-21 Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...
Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır
15-11-2020-15-11 Xəbərlər

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...
Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar
15-11-2020-14-24 Xəbərlər

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...
Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb
15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...
Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb
14-11-2020-17-56 Xəbərlər

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...
Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan
14-11-2020-15-55 Xəbərlər

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...
Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi
14-11-2020-12-45 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...
Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur
14-11-2020-11-24 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib
14-11-2020-11-05 Xəbərlər

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...
Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib
13-11-2020-16-05 Xəbərlər

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...
Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib
13-11-2020-14-57 Xəbərlər

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...
Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi
13-11-2020-12-18 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...
Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”
13-11-2020-10-50 Xəbərlər

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...
Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib
13-11-2020-09-24 Xəbərlər

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...