Mübarizlik və qəhrəmanlıq tarixindən soraq verən qalalar: Naxçıvanqala

Bu qala bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Bu məşhur bayatıda da deyildiyi kimi, ulu babalarımızın tikdiyi qalalar üzərindən əsrlər keçsə də tarixin izlərini yaşadan ən yaxşı mənbələrdir. Müxtəlif tarixi dövrlərin sərt ruzgarına, eləcə də təbii qüvvələrə sinə gərən qalalar bütöv halda olmasa da günümüzə qədər gəlib çatmışdır. Azərbaycançılığın möhürü olan bu qalalar doğma torpağa bağlılığın, yadellilərin işğalçılıq planlarından əzmlə müdafiənin və vətənpərvərliyin rəmzi kimi keçmişdən günümüzə uzanan körpüdür. O körpü ki, onu heç bir qüvvə, hətta tariximizi saxtalaşdırmağa cəhd edən sovet quruluşu belə yerlə yeksan edə bilmədi. Çünki xalqın öz milli tarixi ilə olan bağlılığını, bağlarını qırmaq, onu öz tarixindən ayrı salmaq olmaz. Gec-tez tarixin izləri ən dərin qatlardan belə özünü büruzə verəcəkdir. Ölkəmiz ikinci dəfə öz müstəilliyini əldə etdikdən sonra muxtar respublika ərazisində 1200-dən artıq tarixi abidə öyrənilərək pasportlaşdırılıb. Azərbaycanın çox da böyük əraziyə malik olmayan bu bölgəsi tarixi abidələrinin, nadir memarlıq incilərinin və möhtəşəm qalalarının zənginliyi ilə diqqəti çəkir. 
Son tədqiqatların nəticəsi olaraq Naxçıvan ərazisində 80-ə yaxın qala müəyyənləşdirilib. Müdafiə istehkamı olan Oğlanqala, Qız qalası, Qazançı qalası, Əlincəqala, Naxçıvanqala, Çalxanqala və digər qalalar strateji cəhətdən olduqca əlverişli mövqedə tikilib, yadelli hücumlarının qarşısının alınmasında mühüm rol oynayıb. Naxçıvan qalaları ilkin yaşayış yerləri, mədəniyyət və sənətkarlıq mərkəzləri kimi də diqqəti cəlb edir. Onlar şəhərsalma mədəniyyətinin mühüm elementi kimi böyük dəyərə malikdir. Tarixi mənbələr göstərir ki, Naxçıvan qalaları başlıca olaraq müdafiə, sonralar dini, ticarət, sənətkarlıq məqsədilə istifadə edilib. Tarixin sonrakı dövrlərində də Naxçıvan qalaları ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. 
2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Naxçıvan MR Ali Məclisinin Sədri demişdir: “Qalalar təkcə sığınacaq yeri, mühafizə və ya müdafiə tikilisi deyil. Qalalar – bu ərazidə yaşayan əcdadlarımızın həyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşadan mədəniyyət nümunələridir. Əsrlər boyu xalqlar yaşadıqları yerlərdə qalalar tikiblər. Qalalar bütün hallarda xalqların öz daxili tələbatının, hərbi və iqtisadi qüdrətinin nəticəsi olaraq meydana çıxıbdır. Azərbaycan, eləcə də Naxçıvan qalaları da belə bir tarixi yol keçibdir”. 
XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdi. Hardasa 10 il bundan öncə Naxçıvanqala ərazisinə nəinki turist, heç şəhər sakinləri belə getmirdi. Burada kol-kos və dağılmış tikili qalıqları əlindən yerimək belə mümkün deyildi. Qalanın miskin görkəmi isə sovetlər dönəmində abidələrimizə laqeyd münasibətdən xəbər verirdi. Tarixi abidələrimizin bərpası müstəqilliyimizin bizə bəxş etdiyi ən gözəl töhfələrdən oldu. Müstəqilliyin işıqından alınan nur Naxçıvanın dörd bir yanına səpələndi. İtib-batmaqda olan adət-ənənələrimiz dirçəldi, qalalarımız kərpic-kərpic ucaldı. Milli kimliyimizin daş pasportu olan bu abidələr ulu babalarımızın bizə əmanəti, qəhrəmanlıq tariximizdən, milli dəyərlərimizdən, zəngin mədəniyyətimizdən soraq verən dəyərli sənət nümunələridir. 
2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvan MR Ali Məclisi Sədrinin 2013-cü il iyunun 5-də imzaladığı sərəncamla Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksi yaradılmış, kompleks 2014-cü ildə prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Muzeyin və ümumilikdə kompleksin yaradılması, Naxçıvanın qədim tarixi mədəni irsinin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Burada mövcud olan eksponatlar bu diyarın əsrlər boyu şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğundan xəbər verir. Orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülmüşdür. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. 
Tarixi araşdırmalar göstərir ki, memarlıq abidələri arasında özünəməxsus yeri olan Naxçıvanqala yalnız müdafiə məqsədi daşımamışdır. Bu qala, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilmişdir. İlk orta əsrlərə aid mənbələrdə tarixçilər Naxçıvan şəhərini ətrafı möhkəmləndirilmiş qala kimi xarakterizə edirlər. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri də verilmişdir. Plana əsasən, qala iki hissədən – kiçik qala, yəni Narınqala və Böyük qaladan ibarət olmuşdur. Xalqımız Narınqalanın qalıqlarını günümüzədək qoruyub saxlaya bilmişdir.
Daş qatışığı olan möhrədən tikilən qala divarları yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir. Yaşayış binaları, əsasən, qala divarları boyunca salınmış, onların damından döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunmuşdur. Ötən əsrin ortalarında Naxçıvanqalada aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar - saxsı qablar və Tunc dövründə duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilmişdir. Bu hadisə sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.
Kompleksdəki mağarada da bərpa işləri aparılıb. Bir neçə istiqamətə, o cümlədən Naxçıvan çayına çıxışı olan mağaradan sakinlər hərbi hücumlar və mühasirələri yarmaq üçün istifadə etmişlər. Qalanın xüsusiyyətlərindən biri də onun altından kəhrizlərin keçməsidir. Bu fakt həm dinc, həm də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına və ərzaq məhsullarının saxlanmasına şərait yaratmışdır.
İndi Naxçıvanqala düşməndən müdafiə məqsədi daşımır, insanları bir araya toplayaraq onları birliyə, vətənpərvərliyə, mili dəyərlərə sahiblik hissinə çağırır. Bu çağırışa kimlər cavab vermir ki?! Naxçıvanqala artıq festivalların, əlamətdar tədbir və sərgilərin ünvanına çevrilib. Naxçıvanqalada ötən il keçirilən “İstedadlı uşaqlar”, “Yaradıcı əllər”, “Göycə”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları-bal festivalı”, “Yallı və plov” festivalları istedadlı insanları bir araya gətirməklə stimullaşdırıcı və məhsul bolluğunun göstəricisi kimi əlamətdar tədbirlər kimi yadda qaldı. Bu festivallar eyni zamanda milli dəyərlərimizin yaşadılması və təbliği baxımından da böyük əhəmiyyət daşıdı. Şəhərimizin qonaqlarında isə yüksək təəssürat oyatdı.
Naxçıvanqalada ictimai iaşə bölmələrinin, əl işləri mağazalarının fəaliyyəti turistlərin cəlbi baxımından böyük əhəmiyyət daşıyır. Turistlər qalanı ziyarət etməklə bərabər burada Naxçıvan mətbəxinin dadlı təamlarından dada və əl işlərindən, suvenirlərdən Naxçıvan səfərlərindən xatirə kimi alıb apara bilərlər. 
2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilən Naxçıvan dünya əhəmiyyətli abidələrlə zəngin bir diyardır. Bu qədim diyarda tarixi abidələrin, xüsusilə qalaların bərpa olunması, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmət edir. 
Uzaq keçmişin yadigarı olan Naxçıvanqala kimi abidələr xalqımızın tarixini, mədəniyyətini öyrənmək baxımından dəyərli mənbələrdir. O mənbələr ki, tariximizi yaşadır, o mənbələr ki, gənc nəsil üçün vətənpərvərlik dərsidir. Bu abidələrin qorunması istiqamətində dövlətimiz tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Lakin tarixi sevmək, onun nişanələrini qorumaq ümumxalq işidir. Bu abidələri təbliğ etmək, gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur! 

Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru

"Palitra" qəzeti

10.01.2017

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

15-07-2019-21-26 Xəbərlər

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ...

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

15-07-2019-20-59 Xəbərlər

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

15-07-2019-20-29 Xəbərlər

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

15-07-2019-20-01 Xəbərlər

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası  qurum...

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

15-07-2019-19-33 Xəbərlər

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında 7-12 və 12-17 yaş qruplarından ibarət d...

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

15-07-2019-19-04 Xəbərlər

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ədliyyə Nazirli...

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

15-07-2019-18-45 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

15-07-2019-16-46 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlanıb

15-07-2019-14-16 Xəbərlər

Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlanıb

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2019-202...

Naxçıvanda sabaha olan hava proqnozu

15-07-2019-13-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb....

Azərbaycan-Yaponiya münasibətlərində Naxçıvanın da özünəməxsus yeri var

15-07-2019-11-33 Xəbərlər

Azərbaycan-Yaponiya münasibətlərində Naxçıvanın da özünəməxsus yeri var

Naxçıvan Muxtar Respublikasının turizm potensialı təkcə Avropa ölkələrini deyil,...

Ordubad şaftalısı

15-07-2019-10-28 Xəbərlər

Ordubad şaftalısı

Şaftalı meyvəsi tez məhsula düşməsi, arasıkəsilmədən bol məhsul verməsi və başqa...

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

14-07-2019-23-34 Xəbərlər

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

İyulun 14-də Heydər Əliyev Mərkəzinin parkında ümummilli lider Heydər Əliyevin s...

“Cıdır” mərasimi haqqında nələri bilirik

14-07-2019-22-17 Xəbərlər

“Cıdır” mərasimi haqqında nələri bilirik

“Cıdır” xalq oyununun ölkəmizdə geniş yayılması Qobustanın, qayaüstü şəkillərind...

Suvarma suyu kifayət qədərdir

14-07-2019-21-43 Xəbərlər

Suvarma suyu kifayət qədərdir

Şərur rayonunda 27 min hektardan artıq torpaq sahəsi müxtəlif suvarma qurğuları ...

Naxçıvanın gəlinqayaları

14-07-2019-20-59 Xəbərlər

Naxçıvanın gəlinqayaları

Bura Naxçıvandır-qədim və sirli diyar; özü bir möcüzə, təbiəti bir möcüzə...

Muğancıq-Mehrab kəndi görkəmini dəyişir

14-07-2019-20-13 Xəbərlər

Muğancıq-Mehrab kəndi görkəmini dəyişir

Şərur rayonunun Muğancıq-Mehrab kəndində yeni obyektlər inşa olunur.

Taxıl biçini mütəşəkkil keçirilir

14-07-2019-19-13 Xəbərlər

Taxıl biçini mütəşəkkil keçirilir

Şərur rayonun kəndlərində  biçin kampaniyası mütəşəkkil keçirilir.

Soğan sahələrindən bol məhsul gözlənilir

14-07-2019-18-05 Xəbərlər

Soğan sahələrindən bol məhsul gözlənilir

Əvvəlcə gündəlik mətbəximizdə daha çox yer tutan soğanın  faydaları haqqında: Tə...

Naxçıvanda sabaha olan hava proqnozu

14-07-2019-17-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb....

Nemətullah Naxçıvani yaradıcılığında İslami dəyərlərin yeri

14-07-2019-16-58 Xəbərlər

Nemətullah Naxçıvani yaradıcılığında İslami dəyərlərin yeri

Baba Nemətullah Naxçıvaninin islami dəyərlərlə bağlı əsərlərinə müraciət etdiyim...

Uşaqlar “Yay məktəbi”ndən razı qalıblar

14-07-2019-14-21 Xəbərlər

Uşaqlar “Yay məktəbi”ndən razı qalıblar

Uşaqlar bizlərin, xalqımızın və dövlətimizin gələcək davamçıları və varisləridir...

Şərurda yaşayan qədim tarix

14-07-2019-12-23 Xəbərlər

Şərurda yaşayan qədim tarix

Şərur ərazisində çoxlu arxeoloji abidələr, o cümlədən qədim yaşayış yerləri-mağa...

Yaşayış binasında dəmir-beton işləri tamamlanmaq üzrədir

14-07-2019-11-36 Xəbərlər

Yaşayış binasında dəmir-beton işləri tamamlanmaq üzrədir

NUHÇIXAN xəbər verir ki, Ordubad şəhərinin mərkəzində yeni yaşayış binasında tik...

22 il əvvəl... - VİDEO

14-07-2019-11-13 Xəbərlər

22 il əvvəl... - VİDEO

22 il əvvəl... Ali Məclis Sədrinin tarixi müsahibəsi. Cənab Vasif Talıbov ulu ön...

İbrahim Safi elinin qonaqları

14-07-2019-10-50 Xəbərlər

İbrahim Safi elinin qonaqları

Bu yaxınlarda İbrahim Safinin izləri ilə, görkəmli rəssamın doğulduğu kəndə - Cə...

Ənənədən müasirliyə-Şəbəkə sənəti

14-07-2019-10-06 Xəbərlər

Ənənədən müasirliyə-Şəbəkə sənəti

Tarixin çətin sınaqlarından uğurla çıxan, minillərin tarixinə şahidlik edən bir ...

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub

13-07-2019-18-53 Rəsmi

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub

İyulun 13-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ...

18 kötücəsi olan Hədiqə İsgəndərova 100 yaşını qeyd edib

13-07-2019-18-30 Xəbərlər

18 kötücəsi olan Hədiqə İsgəndərova 100 yaşını qeyd edib

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Camaldın kəndində yaşayan Həqiqə İsgənd...